Icma.az
close
up
RU
525ci qəzet Nizami Kino Mərkəzinin direktoru ƏliSəttar Quliyev: İstək olsa, hər şey mümkündür

525ci qəzet Nizami Kino Mərkəzinin direktoru ƏliSəttar Quliyev: İstək olsa, hər şey mümkündür

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kinoprodüser, rejissor və ssenarist Əli-Səttar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino rejissorluğu fakültəsini bitirib. 2007-ci ildə öz prodüser mərkəzini yaradıb. "İz Production"da art direktor, "Tonica Production"da menecer, "Azanfilm" studiyasının direktor müavini, 2015-2023-cü illərdə "Mozalan" studiyasının direktoru vəzifəsində çalışan Əli-Səttar Quliyev 2024-cü ildə "Nizami" Kino Mərkəzinə direktor təyin olunub. O həmçinin, "Susma", "Gil", "Əlifba", "Mozalan No. 196-199", "Son payız", "İkinci planetin qırmızı rəngi", "Sanki yoxsan" kimi filmlərin prodüseri,  "Çardaq", "Əlvida, Şmidt!", "Olimpia", "Mən qardaşımı axtarıram" və "Stadionlar səssiz olanda" filmlərinin ssenari müəllifi və rejissorudur.

Əli-Səttar Quliyevlə söhbəti təqdim edirik.

- Əli-Səttar bəy, artıq bir müddətdir ki, Nizami Kino Mərkəzinə rəhbərlik edirsiniz. Rəhbər vəzifədə olmağınız yaradıcılığınıza necə təsir göstərir? Bunun xüsusi qatqısı olur, yoxsa fəaliyyətinizə mane olur?

- Dekabrın 5-i 3 ay olacaq ki, mən artıq bu işdəyəm. Nə yalan deyim, fiziki olaraq yaradıcılığıma mane olur. Amma çalışıram ki, bu vəziyyəti tənzimləyim. Səhərdən axşama kimi idarəetməylə məşğulam, amma bir müddətdən sonra işlərimi yoluna qoyacağam və yaradıcılığıma geri qayıdacağam. Bunlara baxmayaraq, bu il həm Kazan festivalında bədii filmim nümayiş olundu, həm prodüser olaraq iki qısametrajlı filmim oldu. Vəzifəmdə dəyişiklik olmasına baxmayaraq, yazmağa davam edirəm, ssenarilər üzərində işləyirəm.

- Bu gün Azərbaycan tamaşaçısını kinoteatra gətirmək üçün hansı strategiyalardan istifadə etmək lazımdır?

- Mənim fikrimcə, film şirkətləri birbaşa telekanallarla əməkdaşlıq edib bir neçə vaxt güzəşt kimi piar aksiyalarından istifadə edə bilər. Həm də filmlərin keyfiyyət səviyyəsini qaldırmaqla tamaşaçını kinoteatra gətirmək olar.

- Nə üçün xarici festivallarda yayımlanan filmlərimizi daha sonra nə kinoteatrlarda, nə də televiziyada görürük? O filmlərin aqibəti necə olur?

- Bu, istehsalçıdan asılıdr. Onlar belə filmləri kiçik auditoriya üçün istehsal edirlər. Filmlərin piarına böyük miqdarda pul xərclənmir, müəllif kinoları az məbləğdə çəkilir deyə bütün pullar festivallarda iştirak üçün xərclənir. Artıq böyük auditoriyaya təqdim etmək üçün nə həvəs qalır, nə də maddi vəsait olur. Kimsə simvolik olsun deyə kinoteatra verir. Filmlərin böyük auditoriyaya təqdim olunması üçün yaradıcı qurumlar köməklik göstərə bilər.

- Ötən əsrlə müqayisədə Azərbaycanda animasiya filmləri çox az istehsal olunur. Bunun səbəbi nədir?

- Bildiyimə görə, bir neçə animasiya rejissorumuz var ki, onlar nəsə etməyə çalışırlar. Amma Azərbaycanda animasiya istehsalı çox az olub. Sovetlər dövründə də, 90-cı illərdə də, indi də.

- Amma ötən əsrlə müqayisədə indi barmaqla sayılacaq qədər azdır.

- Yəqin burada variantlar çoxdur deyə insanlar animasiyaya maraq göstərmirlər.

- Həm prodüser, həm də rejissor çəkiliş zamanı idarəetmədə əsas rol oynayır. Heç olubmu ki, bir filmdə rejissor olduğunuz halda, bunu unudub prodüser kimi davranasınız?

- Hə, olub. Çünki bu, bizim reallığımızdır. Elə anlar olur ki, mənim kimləsə şəxsi əlaqələrim prosesi daha da tezləşdirə bilər. Ümumiyyətlə, 21-ci əsrdə hər rejissor bir az da prodüser olmalıdır. Film istehsal edən zaman çalışıram ki, kömək olsun deyə rejissor olduğum halda prodüserlik də edim. Amma bir an olur ki, mən deyirəm o saatda mənə dəyməyin, o vaxt mən artıq prodüser deyiləm.

- Bəzən belə fikir səslənir ki, kino sahəsində dirçəlişin olması üçün ilk növbədə yaxşı prodüserlər lazımdır. Siz necə düşünürsünüz, inkişaf prodüserdən asılıdır?

- Xeyr, mütləq şəkildə prodüserdən asılı deyil. Bu fikir müəyyən qədər doğrudur, amma bir şeyi unudurlar. Film istehsalında iştirak edən hər kəs bir-birinə zəncirvari bağlıdır. Prodüser də bu zəncirin bir hissəsidir. Həm rejissor, həm prodüser, həm aktyorlar və ən əsası kino sistemi düzgün işləsə, hərə öz işini doğru və vaxtında etsə, ilk növbədə prodüserin yaxşı olması vacib sayılmaz. Düzdür, indiki zamanda prodüser əsas insanlardan biridir. Sovet vaxtında onun əsas funksiyası filmin direktoru hesab olunurdu. Dövlət pulu verirdi, o isə idarə edirdi. Amma indi puldan da əlavə işlərlə məşğul olur.

- Prodüser peşəkarlıqdan başqa, hansı keyfiyyətlərə sahib olmalıdır?

- Prodüser pul saymaqla kifayətlənməməlidir. O da başqa müəlliflər kimi - rejissor kimi, aktyor kimi, bəstəkar kimi kinonu sevməlidir, bu sahəyə bağlı olmalıdır. Onun profesionallığı ilk növbədə bu sevgidən irəli gəlir.

- Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) direktoru Orxan Fikrətoğlunun dediyinə görə, 2023-cü ildə ARKA-nın elan etdiyi film layihələri müsabiqəsində iştirak edən prodüser şirkətlərinin texniki bazası, intellektual səviyyəsi, peşəkarlığı yetərincə deyil. Həm prodüser olaraq, həm də izləyici olaraq bu fikrə münasibətiniz nə yerdədir?

- Ola bilər ki, hansısa şirkətlərdə texniki baza, prodüserlər qıtlığı var. Amma mən texniki bazası yüksək olan, yetəri qədər prodüseri olan şirkətlər saya bilərəm. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası, Bakı Media Mərkəzi, Ultra prodakşn, CNF Media Mərkəzi kimi şirkətləri uğurlu hesab edirəm. Bir az da düşünsəm, daha çox ad çəkə bilərəm. Amma bizim regiona baxanda, kinomuzda yetəri qədər dövriyyə olmadığına görə, fikrimcə, bizim şirkətlər belə bir şəraitdə yaxşı iş çıxarırlar.

- Sovet dönəmində aktual olan "Mozalan" telejurnalına sosial şəbəkələrin olduğu dövrdə ehtiyac varmı? Yeni modellə uyğunlaşdırıb yenidən "Mozalana" olan tələbatı bərpa etmək olarmı?

- Bəli, olar. Bilirsiniz necədir, meymuna da siqaret çəkmək öyrətmək olar. Əgər istək olsa, hər şey mümkündür.

- Kann festivalına necə gedib çıxdınız? Bu yol hardan başladı?

- Mənim Kann festivalına yolum 2011-ci ildən başladı. O vaxt Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətində bizim pavilyonu təmsil edirdik.  2014-cü ildə sonuncu dəfə Kannda oldum və 10 ildən mənim prodüserlərindən biri olduğum, rejissor Azər Quliyevin çəkdiyi "Sanki yoxsan" filmi fransız distributorlarımızın vasitəsilə Kanna düşdü.

- Ümumiyyətlə, xarici festivallarda iştirak etmək üçün hansı keyfiyyətlər vacibdir?

- Ən vacib iki xüsusiyyət lazımdır: filmə marağın olması və ingilis dilini orta səviyyədə bilmək.

- "Mən qardaşımı axtarıram" filmində bizə tanış olmayan, heç vaxt rastımıza çıxmayan 20 Yanvar hadisələri təsvir olunub. Filmdə istifadə olun arxivlər materiallarını haradan əldə etmisiniz? Ümumiyyətlə, necə oldu ki, bu ideya üzərində işləmək qərarına gəldiniz?

- Mən 1981-ci il təvəllüdlüyəm. O dövrü gözlərimlə görmüşəm. Mən və ətrafımda olan insanlar bu prosesin şahidi olmuşuq deyə bu mövzu mənə yaxın mövzudur. Ona görə bir gün istədim ki, belə bir janrda film ərsəyə gətirim və orada olan dialoqların 90 faizi tanış milis işçilərinin, qaçqınların bu günə kimi danışdığı söhbətlərdir. Müharibə məsələsi bizim travmamızdır. 90-cı illər hadisələrində mənim 9 yaşım vardı. İndiki Prezident Aparatının yanında yaşayırdıq. 20 Yanvar hadisələri olanda hər gün məktəbə gedirdim, bəzən olurdu ki, valideynlərim getməyə icazə vermirdilər. Film iki günə çəkildi. Heç bir festival üçün çəkmədim. 2022-ci il 20 Yanvarda təqdim olundu. Arxiv materiallarını isə Azərbaycanfilm studiyasından götürmüşəm. Filmdə elə səhnələr var ki, onlar heç yerdə yoxdur. Dostumun atasında o vaxtı kamera var idi və bu hadisələrin bir qismini çəkmişdi, rus hərbçisi ilə olan səhnə və son səhnə həmin kamerada olan materiallar əsasında çəkilib.

- Ümumiyyətlə, ümummilli məsələlərlə bağlı film çəkəndə nələrə üstünlük verilməlidir, nələrə diqqət etmək lazımdır?

- Bilirsiniz, elə mövzular olur ki, ona aqressiv, şou məqsədlə yanaşmaq olmaz, günahdır. Həm yaradıcı adam, həm də normal insan kimi həmin mövzulara həssas yanaşmalısan. Əgər sən müharibə mövzusunda film çəkmək istəyirsənsə, onu elə göstərməlisən ki, hər cəhətdən uğurlu olsun olsun. Həm də, bu, sənin ürəyindən gəlməlidir və qızıl ortanı saxlamalısan.

- Nizami Kino Mərkəzi Vüqar Zeynalovun direktor olduğu illərdə dirçəliş dövrünü yaşadı. Amma ondan sonra idarəetmədə zəiflik müşahidə olundu. Siz həmin dirçəlişi bərpa etmək üçün nələr etməyi düşünürsünüz?

- Bayaq qeyd elədiyim kimi, üç aydan azdır ki, bu vəzifəyə təyin olunmuşam, mən burada dirçəliş eləmək üçün qolumu çırmalayıb hər bir fiziki işi də görməyə hazıram. Planlar çoxdur və biz bunu edirik, düzdür, bir az yavaş edirik, amma düzgün eləməyə çalışırıq.

- Texnoloji inqilab dövründə yaşadığımızı nəzərə alsaq, bu dəyişikliklər kinoda özünü necə göstərir? Kinonmuzun inkişaf səviyyəsindən asılı olaraq süni intellektdən istifadə etmək olarmı?

- Mənim fikirmcə, 5 faiz ola bilər, 95 faiz yox. Biz hələ ki uzaqdayıq, o səviyyəyə gəlib çatmamışıq. Mən müşahidə edirəm, istedadlı adamlarımız özlərini daha çox sənədli filmlərdə göstərə bilirlər. Texnologiyanı hələ bizim ekrana yaraşdıra bilmirəm, biz sadəcə deyə bilərik, danışa bilərik. Sözün düzü, bu mövzuda ümidsizəm. Amma inşaallah, mən bu məsələdə yanılmış olaram.

- Kino sahəsinin mərkəzindəsiniz, amma sizin haqqınızda məlumatları araşdırarkən, xəbərləri oxuyarkən heç bir qalmaqallı hadisələrə rast gəlmədim. Daim qalmaqal olan bu sahədə çox sakit şəkildə fəaliyyət göstərmək necə olur?

- Çünki mən işdən sonra uşaqlarla oynamaq üçün evə qaçıram. Mən uşaqlıqdan qalmaqaldan qaçan adam olmuşam, qalmaqal mənim enerjimi götürür, istəmirəm enerjimi belə şeylərə xərcləyim, enerjimi daha çox ailəmə, yaxınlarıma sərf etməyi üstün tuturam. Həm də Azərbaycanda kimisə professional cəhətdən tənqid etmək istəyəndə, çox adam bunu təhqir kimi qəbul edir. Mənim bircə-bircə kiməsə nəsə izah eləməyə həvəsim yoxdur. Bayaq prodüser məsələsində fikrimi soruşdunuz və mən də bildirdim ki, həmin fikirlə razı deyiləm. Bu o demək deyil ki, mən tamamilə düz deyirəm. Razı olmadığım bir fikir olanda onu əsaslandırmağa çalışıram. Bu məsələlər boş məsələlərdir. Gərək insan bir hadisə olanda özünü həmin adamın yerinə qoysun. O anda desən ki, yox mən bunu belə etməzdim, onda özünü haqlı saya bilərsən. Yox, əgər sən də həmin şeyi edəcəksənsə, söhbəti bağlamaq lazımdır, qalmaqal yaratmağa ehtiyac yoxdur.

Ləman İLKİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1221

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see189

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see147

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see123

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see113

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see110

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri