Icma.az
close
up
RU
“Videokamera sistemi tətbiq olunmalı, prosesin necə baş verdiyi ictimaiyyətə açıq şəkildə göstərilməlidir”

“Videokamera sistemi tətbiq olunmalı, prosesin necə baş verdiyi ictimaiyyətə açıq şəkildə göstərilməlidir”

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışını həyata keçirib. “Qafqazinfo” xəbər verir ki, satış Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksindəki mənzillər üzrə baş tutub. Prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub. Texnobloqer Fərid Pərdəşünas satışların 1 dəqiqəyə başa çatdığını yazıb. Onun sözlərinə görə, bir çox istifadəçilər satış zamanı texniki problemlərin yarandığını bildiriblər. Sosial şəbəkələrdə insanlar tərəfindən xeyli etirazlar, narazılıqlar, informasiya sisteminin fəaliyyətinə ciddi iradlar, təkliflər və rəylər qeyd olunub.

Eyni zamanda Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidməti məlumat yayıb. MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb. Məlumata görə, Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar. Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

MİDA-nın bu günlərdə keçirdiyi onlayn satış zamanı sistemin qısa müddətli çökməsi və texniki problemlərlə bağlı narazılıqlar səslənir. Belə halların təkrar olunması və ictimai nəzarətin zəif təşkil olunması fonunda bu tip satışlarda şəffaflıq və ədalət prinsipinin qorunması üçün hansı əlavə mexanizmlər tətbiq olunmalıdır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına vəkil Əkrəm Həsənov bildirib ki, hər dəfə satış baş verəndə eyni problem ortaya çıxır.

Əkrəm Həsənov

“Bu problem birinci dəfə deyil, hər dəfə satış baş verəndə eyni problem ortaya çıxır. Nə etmək lazımdır ki, insanlar etibar etsin? İlk növbədə, ictimai nəzarət orqanı yaradılmalıdır. Bu qurum, cəmiyyətin etimadını qazanan şəxslərdən ibarət olmalıdır. Düzdür, deyə bilərlər ki, dövlət orqanlarının və nazirliklərin nəzdində ictimai şuralar var, amma hamıya məlumdur ki, çox vaxt bu şuralarda elə dövlətə yaxın şəxslər təmsil olunur. Ona görə də burada həm dövlət qurumlarına yaxın olanlar, həm də tam müstəqil şəxslər yer almalıdır. Belə olduqda insanlar əmin olarlar ki, bu şəxslər həqiqəti deyəcəklər.

İkincisi, proses zamanı videokamera sistemi tətbiq olunmalıdır. Prosesin necə baş verdiyi ictimaiyyətə açıq şəkildə göstərilməlidir Hazırda mənim qeyd edə biləcəyim əsas təkliflər bunlardır”-deyə Əkrəm Həsənov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Dekabr 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri