Icma.az
close
up
RU
“Təhlükəli ssenarilərin icrasında milli satqınlardan məharətlə istifadə olunub“ MƏQALƏ

“Təhlükəli ssenarilərin icrasında milli satqınlardan məharətlə istifadə olunub“ MƏQALƏ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan böyük zəfərə müxtəlif cəbhələrdə mübarizə apararaq nail olub. Biz 30 illik işğala hərbi güclə yanaşı, həm də xalqla hakimiyyət arasında mövcud olan vahid həmrəylik sayəsində son qoyduq. Bu həmrəylik həm də cəmiyyət daxilində parçalanma yaratmağa çalışan antimilli dairələri, onların himayədarlarını fiaskoya uğratdı. Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çalışan AXCP sədri Əli Kərimli və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi bir çox faktları ortaya çıxarıb. Bir daha aydın olur ki, Azərbaycanın uğurlarını qəbul edə bilməyən bəzi xarici qüvvələr burada təhlükəli ssenarilər hazırlayıb, onların reallaşması üçün isə milli satqınlardan – Əli Kərimli və Ramiz Mehdiyev ittifaqından məharətlə istifadə olunub.

2013-cü ildə Rusiyanın bu regionda reallaşdırmağa çalışdığı “Qafqaz baharı” ssenarisi hər kəsə yaxşı məlumdur. Rusiyadakı Azərbaycan diasporu üzərindən oynanılan oyunlar özünü “Milyarderlər İttifaqı”nın çirkin simasında göstərdi. Bu gün aydın olur ki, bu ittifaq məhz Ramiz Mehdiyev tərəfindən idarə olunub. Bir müddət sonra elə bu üzdəniraq ittifaqın sponsorluğu ilə Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəylinin iştirakı ilə millilikdən xəbəri olmayan şura yaradıldı. Elə 2013-cü ildə Qərb siyasi dairələrinin ölkəmizdə radikal müxalifətə münasibətinin dəyişməsinin səbəbi də bu idi.
2019-cu ildən etibarən ölkədə həyata keçirilən institusional yenilənmə isə daxili sabitliyin təməli oldu. Ramiz Mehdiyevin tutduğu vəzifədən uzaqlaşdırılması ilə xarici agentura şəbəkəsinin də rıçaqları zəiflədi. AXCP sədri Əli Kərimlinin 2019-cu ildən sonra mitinq oyununun səngiməsinin də əsas səbəbi bu idi. 2020-ci il 44 günlük müharibədə Azərbaycan məharətlə Ermənistanla yanaşı, bütün destruktiv xarici qüvvələri, o cümlədən milli satqınları fiaskoya uğratdı. Müharibədən sonra isə növbəti xəyanət planı – “Dövlət Şurası” planı hazırlanmışdı. Rusiya–Ukrayna müharibəsindən sonra hədəfin Azərbaycan olması və bu prosesdə milli satqınlardan – Ramiz Mehdiyevə bağlı qüvvələrdən, o cümlədən xəyanətkar AXCP-dən məharətlə istifadə olunacağı istisna deyil. Dövlət təhlükəsizlik orqanları ölkəmizə qarşı hazırlanan yeni işğal planını da ifşa edərək növbəti təhlükənin qarşısını aldı.
Xatırlatmaq yerinə düşər ki, Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin birgə bəyanatı xalqla hakimiyyətin həmrəyliyi ilə yanaşı, Azərbaycanda yaşanan siyasi birliyin də təcəssümü idi. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədi. Bu da Əli Kərimlinin əsl xəyanətkar simasını bir daha təsdiqləyirdi. Dövlətə, xalqa xəyanətin bədəli isə ağır olacaq”.

Nigar Məmmədova,

Millət Vəkili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Dekabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see408

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see295

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see235

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see122

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri