Icma.az
close
up
RU
Film Məshəti Gəncəvinin həyatı haqqında deyil Sabiq nazirin qızı danışdı

Film Məshəti Gəncəvinin həyatı haqqında deyil Sabiq nazirin qızı danışdı

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı filminin Bakı Film Festivalında nümayişinə qoyduğu qadağa geniş müzakirələrə səbəb olub.

Rəsmi açıqlamada bildirilib ki, filmdə Məhsəti Gəncəvinin obrazı təhrif olunur, etik-normativ çərçivələr pozulur və şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilir.

Şura həm manipulyativ təqdimatları, həm də kontekstdənkənar mənalandırma cəhdlərini əsas gətirərək filmə lisenziya verilməsini məqsədəuyğun saymayıb. 

Modern.az məsələ ilə bağlı filmin rejissor və ssenari müəllifi, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva ilə əlaqə saxlayıb.

Suad Qarayeva Bədii Şuranın qərarını təəssüflə qarşıladığını bildirib:

“Əlbəttə, film üzərində çalışanda birinci öz yerli auditoriyanı fikirləşirsən, öz yaxınlarını. Nəsə təzə bir şey etməyə çalışırsan ki, sonra ona baxan tamaşaçı öz rəyini bildirsin. Bu rəylər həmişə pozitiv olmaya bilər, amma yenə də nə qədər müzakirə varsa, o qədər yaxşıdır - diskussiya sənət üçün vacib prosesdir. Hamımız ondan nəsə öyrənirik. Bakı Festivalının komandası ilə də ünsiyyətdə idim, təəssüf olsun ki, lisenziyasız göstərə bilmirlər”.

O, sosial mediada tənqidlərə də cavaba verib:  “Birinci fikirlərimi özüm yazdım, çünki film ilk öncə rejissorun və prodüserlərin öhdəliyidir. Fikirləşirəm ki, sənətin hər hansı formasına Şura baxışı bizi incəsənət baxımından geri saxlayır”.

Rejissor tənqid olunan obrazla bağlı qeyd edib ki, Məhsəti Gəncəvini canlandıran Mina adlı gənc teatr aktrisasıdır:

"O, səhnədə Məhsəti rolunu oynamaq istəyir və Məhsətinin öz şeirlərindən ilhamlanır. Bu film Məhsəti Gəncəvinin həyatı haqqında sənədli film deyil. Onun şeirləri bütün toplularda var - hamı artıq kitab almadan belə internetə girib oxuya bilər. Onun o vaxta görə bu qədər cəsur və azad poeziyası məni daha azad qadın obrazı yaratmağa ilhamlandırıb. Müasir gənclər, özlərini sərbəst hiss edən, həm sənətdə, həm də həyatlarında seçimlərini özləri edən obrazlar mənə maraqlıdır. Dünya kinosunda bu heç də təzə fikir deyil — müasir çağda, müasir gənclərin ritmində yaradılmış bir filmdir. Məhsəti Gəncəvi də görün min il qabaq necə şeirlər yazıb ki, bu günə qədər hamını heyrətə gətirir”.

Suad Qarayeva onu da vurğulayıb ki, film başqa beynəlxalq festivallarda nümayiş olunacaq:

“Film artıq ABŞ-da Mammoth Lakes Film Festivalında nümayiş olunub. Bizim çox istedadlı aktrisamız Fərqanə Abdullayeva Milan “Independent Film Awards”da “Best Actress” mükafatını alıb. Fevralda film Londonda festivalda olacaq. Ondan sonrasını isə artıq filmin distribütorları, Origine Films müəyyən edəcək”- deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri