525ci qəzet Pərviz Şahbazov: Sabah iki GESin maliyyələşdirilməsi ilə bağlı yekun qərar veriləcək
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabah 760 MVt gücündə iki günəş elektrik stansiyasının maliyyələşdirilməsi ilə bağlı yekun qərar veriləcək.
525.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, noyabrın 21-də isə 100 MVt gücündə günəş elektrik stansiyası üzrə ilk hərracın nəticələri elan ediləcək: "Həmçinin bu gün Bakıda Təmiz Enerji Mərkəzinin də açılışı olacaq. Bütün bunlar Azərbaycanın enerji sahəsindəki əzmkarlığını və yaşıl gələcək naminə qlobal həmrəyliyə sadiqliyini nümayiş etdirir. COP29 təşəbbüsləri, yalnız ölkəmizin deyil, bütün dünyanın dayanıqlı enerji gələcəyinə töhfə verməyə yönəlmiş əhəmiyyətli addımlardır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 15 Noyabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















