Icma.az
close
up
RU
525ci qəzet Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək

525ci qəzet Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək

Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda dekabrın 5-i və 6-sı ikinci beynəlxalq konfransı keçiriləcək.

525.az xəbər verir ki, Qərbi Azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququ üzərində fokuslanan tədbirə 51 ölkədən 100-dən artıq xarici iştirakçının qatılacağı gözlənilir.

Tədbirdə Qərbi Azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək.

Dekabrın 6-da isə tədbirin zəngin proqrama malik mədəni hissəsi baş tutacaq.

Qeyd edək ki, 5 dekabr Qərbi Azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edib.

seeBaxış sayı:65
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri