Icma.az
close
up
RU
Qulyaypolda döyüşlər: Vəziyyət mürəkkəbdir, şəhərin bir hissəsi Rusiyanın nəzarətindədir

Qulyaypolda döyüşlər: Vəziyyət mürəkkəbdir, şəhərin bir hissəsi Rusiyanın nəzarətindədir

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın Müdafiə Qüvvələri Qulyaypolun bir hissəsini nəzarətdə saxlamaqda davam edir, şəhər daxilində döyüşlər gedir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Cənub istiqaməti üzrə rəsmi açıqlamasında bildirilib.
“Qulyaypolda vəziyyət doğrudan da ağırdır. Şəhərin bir hissəsi Rusiya qoşunlarının nəzarətindədir. Düşmən aktiv şəkildə hücum əməliyyatları aparır, möhkəmlənmə qrupları yeritməyə çalışır. Bundan əlavə, canlı qüvvə və silahlanma baxımından ciddi üstünlüyə malikdir: kamikadze dronlardan və artilleriyadan intensiv istifadə edir, KAB-larla, NAR-larla (idarəolunmayan aviasiya raketləri – red.) aviazərbələr endirir, mövqelərimizi məhv edərək ukraynalı bölmələri şəhərdən sıxışdırmağa çalışır”, – deyə Ukrayna hərbçiləri bildiriblər.
Müdafiə Qüvvələrinin məlumatına görə, cari sutka ərzində düşmən Qulyaypolda Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə təxminən iyirmiyə yaxın hücum edib. Şəhər küçələrində hazırda da şiddətli döyüşlər gedir və bir neçə toqquşma fasiləsiz davam edir.
Bununla belə, Qulyaypolun əhəmiyyətli hissəsi hələ də Ukrayna Müdafiə Qüvvələrinin nəzarətindədir. Ukrayna bölmələri mövqelərdə qalır, müdafiə əməliyyatları aparır, əks-hücumlar həyata keçirir, düşmənin hücum qruplarını məhv etmək üçün axtarış-zərbə tədbirləri görür və qarşı tərəfə ciddi itkilər yetirir. Bildirilir ki, təkcə bu gün düşmən Qulyaypolda 300-dən çox canlı qüvvə və 60-a yaxın texnika və silah itirib.
Qeyd olunur ki, vəziyyət son dərəcə ağır olsa da, hazırda Rusiya qüvvələri Qulyaypol üzərində tam nəzarətə malik deyil.
Ukrayna Müdafiə Qüvvələri əlavə edib ki, Stepnoqorskda da Ukrayna Silahlı Qüvvələri müdafiə əməliyyatlarını davam etdirir. Orada işğalçılar qəsəbəyə aparan əsas yol boyunca sızmağa çalışır və bu istiqamətdə də şiddətli döyüşlər gedir. Eyni zamanda, Ukrayna tərəfi qəsəbənin bir hissəsinin müdafiəçilərin nəzarətində olduğunu vurğulayır.
“Putinin bəyanatları və Qerasimovun Qulyaypol və Stepnoqorskla bağlı hesabatları artıq bir neçə dəfə “ələ keçirildiyi” iddia olunan Kupyanskla bağlı vəziyyəti xatırladır. Bu cür tələsik “blitskriqlər” yaxın vaxtlarda baş tutmalı olan Ukrayna və ABŞ prezidentlərinin görüşü ilə əlaqədardır”, – deyə açıqlamada bildirilir.
Cənub Müdafiə Qüvvələri Qulyaypol və Stepnoqorsk uğrunda döyüşlərin epizodlarını əks etdirən videomaterial da yayımlayıb.
“Bu istiqamətdə Ukrayna Müdafiə Qüvvələri hər gün bir neçə yüz işğalçını zərərsizləşdirir”, – deyə Ukrayna Silahlı Qüvvələri vurğulayır.
Xatırladaq ki, Ukrayna Müdafiə Qüvvələrinin Cənub istiqaməti üzrə sözçüsü Vladislav Voloşin Rusiya işğalçı ordusunun Zaporojye vilayətində yerləşən Qulyaypol şəhərinin ələ keçirilməsini son dərəcə vacib hesab etdiyini bildirib. Bu məqsədlə Rusiya tərəfi ehtiyat qüvvələr cəlb edir və şəhərdəki binaları tamamilə dağıtmağa çalışır. Həmin istiqamətdə şiddətli döyüşlər gedir, Aleksandrovka istiqamətində də vəziyyət ağır olaraq qalır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Dekabr 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri