Icma.az
close
up
RU
Ünsiyyətinizin uğurlu olmasını istəyirsinizsə...

Ünsiyyətinizin uğurlu olmasını istəyirsinizsə...

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Ünsiyyət dedikdə, ilk növbədə, söz və dil başa düşülür. Sosial psixologiya sahəsində aparılan tədqiqatlar isə uğurlu münasibətdə sözsüz informasiyaların sözlə verilən informasiyalardan daha təsirli olduğunu göstərir. Qarşılıqlı münasibətlərdə sözlər 10 faiz, səs tonu 30 faiz, bədən dili isə 60 faiz rol oynayır. Ancaq bədən dili ilə verdiyimiz informasiyalar bir halda bizə uğur gətirsə də, başqa bir halda işimizə mane olur. Buna görə də, düzgün ünsiyyət qurmaq üçün bir şərt də bədən dilindən maksimum istifadə etməkdir.
Dil yalan söyləsə də...
Gözlərimiz dünyaya açılan pəncərədir. Bununla yanaşı, onlar ünsiyyətdə də mühüm rol oynayırlar. Münasibətlərinizi daha da yaxşılaşdırmaq üçün münasibət qurduğunuz adamın mütləq gözlərinə baxmalısınız. Beləliklə, yaxşı münasibət qurmaqla yanaşı, qarşı tərəfin etimadını da qazanmış olarsınız. Dil yalan söyləsə də, bədən, gözlər və ya üz yalan söyləmir. Çox vaxt dildən şirin sözlər çıxsa da, bədən dili həqiqəti üzə çıxarır. Hissləri və düşüncələri sözlərin arxasında gizlətmək mümkün olsa, bədən dili buna imkan vermir.
Harada və necə durmaq...
Ünsiyyətdə insanın necə durmasının da əhəmiyyəti böyükdür. Məsələn, ünsiyyətinizin uğurlu olmasını istəyirsinizsə, bədəninizi həmişə dik tutmalısınız. Bu, adamın özündən arxayın olduğunu göstərir. Yox əgər oturmusunuzsa, oturacaqda tam oturmalısınız. Oturacağın kənarında oturmaq qətiyyətsiz və passiv olduğunuzu göstərir. Biri ilə söhbət edərkən ona doğru əyilməyiniz ona qiymət verdiyinizə işarədir. Digər tərəfdən, insanın necə durması onun əhvali-ruhiyyəsinə də təsir göstərir.
Mövqeyinizi düzgün seçin
İnsanlarla ünsiyyətdə məsafə də böyük əhəmiyyət kəsb edir. 45 sm isə ünsiyyət üçün ən uyğun məsafə sayılır. Həmçinin, ünsiyyət qurmaq istədiyiniz adamın tam qarşısında dayanmamağa və ya oturmamağa da diqqət yetirməlisiniz. Çünki belə olduqda qarşı tərəflə gizli rəqabət başlayır. Buna görə də, şahmat kimi oyunlarda rəqiblər həmişə qarşı-qarşıya otururlar. Bu halda siz istəməsəniz də, şüuraltınızda rəqabət yaranır. Tanımadığınız adamla ünsiyyətdə ilk növbədə bədən dili dövrəyə qoşulur. Bəzən bir iş sahibinin işçisinin kürəyinə əlini qoyması onun etimadını qazanmasında böyük rol oynayır.
Ünsiyyətdə xarici görünüş
Birinci dəfə gördüyünüz bir adam haqqında ilk 30 saniyə ərzində müəyyən təsəvvür yaranır. İnsanların 70 faizi ilk dəfə gördüyü adamın əvvəlcə ayaqqabılarına baxırlar. Buna görə də, ünsiyyətdə xarici görünüş böyük əhəmiyyət kəsb edir. Geyim və xarici görünüş insanın həm xarakterini, həm də əqidəsini əks etdirdiyi üçün bir yerə ilk dəfə getdikdə geyiminizə diqqət yetirməlisiniz.
Bir şeyi də unutmaq olmaz ki, kənarda qazanacağınız hörmət və etibar birbaşa sizin özünüzə hörmətinizdən və etibarınızdan asılıdır. İnsanların bədən dili coğrafi, sosioloji və bir çox başqa səbəblərdən asılı olaraq müxtəlif olur. Məsələn, hindular bellərinə zəfəran rəngli tikişsiz parça sarıyırlar. Bununla onlar həm fiziki, həm də mənəvi baxımdan digər insanlardan fərqli olduqlarını göstərmək istəyirlər.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 Dekabr 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri