Icma.az
close
up
RU
525ci qəzet Qərbin Gürcüstan ssenarisi iflasa uğradı

525ci qəzet Qərbin Gürcüstan ssenarisi iflasa uğradı

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Qərbin Gürcüstanda növbəti dəfə həyata keçirməyə çalışdığı "rəngli inqilab" ssenarisi iflasa uğradı. Xeyli müddət idi ki, Qərb məhz bunun üçün çalışırdı, öz institutları, fondları, qeyri-hökumət təşkilatları vasitəsilə ölkənin içində kök salaraq, hakimiyyətin devrilməsi üçün işlər aparırdı. Ölkədə həm oktyabrın 26-da keçirilən parlament seçkilərindən əvvəl, həm seçki günü və ondan sonra prosesə müxtəlif gizli və açıq müdaxilələr oldu. Seçkinin sabitlik şəraitində keçirilməsi, gürcü xalqının şəffaf şəkildə öz seçimini etməsinə baxmayaraq, Qərb qüvvələri xalqı meydanlara çıxarmaq, qarşıdurma, iğtişaşlar yaratmağa çalışdılar. Eyni zamanda, həm gürcü müxalifəti, eləcə də bəzi xarici müşahidə missiyaları seçkilərin guya ki, qanun pozuntusu ilə keçirildiyini bəyan etsələr də, ortaya bunu sübut edəcək faktlar qoya bilmədilər. Fakt o idi ki, gürcü xalqı hakim "Gürcü Arzusu" partiyasına böyük etimad göstərək növbəti dəfə ona öz səsini verdi.

Gürcüstan hakimiyyətinin ölkənin 2028-ci ilə qədər Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını gündəmdən çıxarmaq barədə bəyanatı müxalifətin və həmin qüvvələrin əlində yeni bir vasitəyə çevrildi və noyabrın 28-dən başlayaraq ölkəni etiraz dalğası bürüdü. Etirazların ilk günlərində təxribat, iğtişaşlar yaratmaq cəhdləri özünü açıq şəkildə göstərdi. Hakimiyyət bu bəyanatın Avropaya inteqrasiyanın dayandırılması demək olmadığını dəfələrlə söyləsə də, Qərb aksiyaları daha da alovlandırdı. Belə ki, ABŞ, Avropa İttifaqı sanksiyalar tətbiq etməyə başladılar. Bütün bunlar təbii ki, etiraz dalğasını gücləndirirdi. Eyni zamanda, bu aksiyalar ölkədə bir sıra sahələrin zərər çəkməsinə səbəb oldu. Belə ki, milli valyuta olan lari ucuzlaşmağa başlayıb, ölkəyə investisiya axını və turizmə də mənfi təsirlərin ola biləcəyi istisna edilmir.

Baş nazir İrakli Kobaxidze də bildirib ki, radikal müxalifət Gürcüstan iqtisadiyyatı üçün ən azı qısamüddətli problemlər yaratmaq istəyir: "Bu, radikal müxalifətin məqsədlərindən biri idi - heç olmasa ölkəmiz üçün qısamüddətli iqtisadi problem yaratmaq. Onlar hakimiyyəti devirə bilmədilər, amma iqtisadiyyatda qısamüddətli problemlər yaratdılar. Əcnəbi Gürcüstanda müharibə imitasiyasını görəndə ölkəmizə səfər etmək, buraya investisiya qoymaq motivasiyası azalır. Lakin bu, qısamüddətlidir".

Baş nazir deyib ki, siyasi vəziyyət sabitləşən kimi məzənnə də möhkəmlənməyə başlayıb: "Eyni hal bütün digər istiqamətlərdə də olacaq. Radikal müxalifət öz ölkəsinə qarşı törətdiyi təxribatı dayandıran kimi hər şey sabitləşəcək".

Məlum olduğu kimi, Qərbin təxribatlarında Estoniya və Litva hakimiyyətləri öndə gedir. Baş nazir Kobaxidze bildirib ki, onlara Gürcüstana qarşı təxribat təşkil etmək tapşırılıb, lakin buna cavab olaraq hakimiyyət bu ölkələrlə birtərəfli dostluq rejimində qalacaq: "Təəssüf ki, Estoniya və Litvanın hakimiyyətlərinə Gürcüstana qarşı təxribat təşkil etmək tapşırılıb. Onlar, müvafiq qüvvələr bizim təxribata boyun əyəcəyimizi gözləyirdilər. Amma biz təxribata boyun əymədik və birtərəfli dostluq rejimində qaldıq".

Dekabrda Estoniya Gürcüstanın baş nazir də daxil olmaqla 25 hökumət rəsmisinə qarşı sanksiya tətbiq edib. Litva da Gürcüstan hökumətinin başçısına və 28 nümayəndəsinə sanksiyalar tətbiq edib. Latviya isə Daxili İşlər Nazirliyinin rəsmilərinə və hakim partiyanın fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar barədə qərar verib.

Gürcüstan hökuməti daha əvvəl bəyan edib ki, bu ölkələr Aİ-də ən az suverenliyə malikdirlər, öz ləyaqətinə zidd olaraq kənardan gələn sifarişlər əsasında qərarlar qəbul edirlər. Ona görə də Tbilisi cavab tədbirləri görməmək qərarına gəlib.

Belarusdan olan politoloq Aleksey Dzermant hadisələri şərh edərək bildirib ki, Gürcüstanda baş verənlər dünyada dönməz dəyişikliklərin tendensiyalarını göstərir. Onun sözlərinə görə, Qərb öz monopoliyasını itirir: "Gürcü xalqı müdrik xalqdır və onlar artıq vəziyyəti dərk edirlər. Gürcüstanda baş verənlər epoxal hadisədir. Və bu, təkcə Gürcüstanın daxili işi deyil. Biz görürük ki, ölkənin siyasi elitasının bir hissəsi başa düşdü ki, Rusiya ilə mübahisə etməmək, Qərbin ölkəni Rusiya Federasiyası ilə müharibəyə sürükləmək istəyinə uymamaq daha yaxşıdır. Gürcüstanda hakimiyyətdə olan insanlar, məncə, iqtisadi biliklərə malik, həm Qərbdə, həm də Şərqdə əslində nə baş verdiyini anlamağı öyrənən kifayət qədər praqmatik insanlardır. Bu vəziyyətdə onlar öz ölkələrini müdafiə etmək qərarına gəliblər".

Politoloq əlavə edib ki, Gürcüstanda hakim partiya ölkənin suverenliyini qorumaq istəyir: "Biz müxalifətin parlament seçkilərinin nəticələrini tanımadığını, Salome Zurabişvilinin prezident postunu tərk etməkdən necə imtina etdiyini izləyirik. Gürcüstanın bütün qanunlarının müxalifət və bir çox Qərb dövlətləri tərəfindən pozulduğunu görürük. Hesab edirəm ki, gürcülər ilk növbədə öz şərəf və ləyaqətini müdafiə edirlər. Sonra görəcəyik ki, onlar hansı istiqamətdə hərəkət edəcəklər, kiminlə münasibətləri inkişaf etdirəcəklər. Amma onlar hiss edirdilər ki, ən vacib iki şeyi - namuslarını və sonra vətənlərini itirə bilərlər. İndi bunun üçün mübarizə aparırlar. Maydan təşkil etmək cəhdləri isə təbii ki, ölkəni müdafiə etmək istəyinin və xalqın ənənələrinə daha uyğun olan kursu davam etdirməyin qarşısını almaq idi".

Amerikalı politoloq Ceffri Saks isə hesab edir ki, Birləşmiş Ştatlar Gürcüstanda hakimiyyət dəyişikliyi üçün tipik manevr həyata keçirib, amma buna müvəffəq olmayıb: "Gürcüstanda, Cənubi Qafqazda son həftələrdə tipik kiçik rejim dəyişikliyi manevri həyata keçirilir. Bu, uğurlu olmayacaq. Lakin məqsəd regionda sabitliyi pozmaq idi. Bunda ABŞ-nin əli açıq-aydın görünür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri