Icma.az
close
up
RU
525ci qəzet COP29 Liderlər Sammiti: Qərbin cəhdləri iflasa uğradı

525ci qəzet COP29 Liderlər Sammiti: Qərbin cəhdləri iflasa uğradı

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Pərvanə SULTANOVA
[email protected]

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi oldu. Mərasimin yüksək səviyyədə keçirilməsi, verilən önəmli mesajlar, 196 ölkənin təmsilçiliyi həm də Azərbaycanın ev sahibliyinə kölgə salmaq istəyən bəzi dairələrə tutarlı cavab oldu. Özünü planetimiz üçün həyati əhəmiyyət kəsb edən bu toplantıdan kənarda qoyan, həm COP29 ərəfəsində, həm də konfransın davam etdiyi bu günlərdə Azərbaycan əleyhinə kampaniyalara start verən həmin dairələr ilk gündən anladılar ki, öz qərəzli yanaşmaları ilə heç nəyə nail ola bilməyəcəklər. COP29 yüksək səviyyədə davam edir.

Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu təxribarlara, qarayaxma kampaniyalara ən yaxşı cavabı verdi: “Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!” 

Mühüm mesajlar verən dövlət başçısı bəyan etdi ki, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük.

Dövlət başçısı bəyan etdi ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil: “Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.

Azərbaycan hazırda beynəlxalq arenada mühüm rol oynayır. Əlbəttə ki, bu ölkəmizin həyata keçirdiyi siyasətdən, beynəlxalq təşəbbüslərindən irəli gəlir. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Məhz ölkəmizin sədrliyi Qoşulmama Hərəkatına yeni bir dinamika gətirdi, onun nüfuzunu yüksəltdi. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub. Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu.

COP29-un sədri kimi isə Azərbaycan həm də inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək.

Ölkəmiz həm də təxminən 60 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib.

Azərbaycan ənənvi enerji resurslarına malik olsa da, yaşıl gündəliyinin və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində çox fəal iş aparır. Ölkəmiz bu sahədə güclü potensiala malikdir. Belə ki, bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. Həmçinin Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi gözlənilir.

Prezident İlham Əliyev öz çıxışında Azərbaycanı neft-qaz hasil etməsinə görə tənqid edən dairələrə də mesajlar ünvanlayıb. Əvvəlcə Azərbaycanın yaşıl enerji potensialı haqqında danışan dövlət başçısı bildirib ki, 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Avropaya yaşıl enerjini ixrac etmək üçün Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi layihəsi üzrə işlərə başlanılıb. Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib.

Prezident bildirib ki, bu gün Azərbaycana hücum edənlər özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən ölkələrə baxsınlar. Zəngin təbii sərvətlərə malik olduğuna görə Azərbaycanın hədəfə götürülməsinin qərəz və riyakarlıqdır: “Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir”.

Xatırladaq ki, noyabrın 13-də COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə “Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi” qəbul olunub. Bəyannamənin qəbul edilməsi COP29 Azərbaycan Sədrliyinin növbəti uğurudur.

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib ki, açılış mərasimində dərin məzmunlu çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlər, eləcə də qarşıda duran vəzifələr barədə fikirlərini açıqladı: “Cənab Prezident çıxışında Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizdə təbiətə, ekologiyaya vurduğu ziyan haqqında məlumat verdi. Görünür, Ermənistana havadarlıq edən bəzi Qərb ölkələrinin COP29-un ölkəmizdə keçirilməsinə əngəl olmaq cəhdlərinin səbəblərindən biri də bu idi. Halbuki COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışır. Məntiqlə Azərbaycanın bu təşəbbüsünə məhz həmin Qərb ölkələri də dəstək verməlidir. Çünki ölkəmizin bu niyyəti xoşməramlıdır. Üstəlik, Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərimizi yaşıl enerji zonası elan edib. Bu fakt da yaşıl iqtisadiyyat üçün böyük töhfədir”.

Onun sözlərinə görə, Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib: “Dövlət başçısının dediyi kimi, biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Lakin Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi. İddia edilir ki, guya Azərbaycan neft ölkəsi kimi ekologiyaya ciddi ziyan vurur. Halbuki Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Azərbaycandan dəfələrlə çox neft-qaz istehsal edən ölkələr var. Onların arasında bizi tənqid edənlər də var. Bu tənqidlərin heç bir əsası yoxdur. Sadəcə, həmin Qərb dairələri, onların təsirində olan müxtəlif qeyri-hökumət təşkilatları BMT kimi dünyanın ən böyük təşkilatının ən mötəbər tədbirinin Azərbaycan kimi müstəqil siyasət yürüdən, torpaqlarını öz gücünə işğaldan azad edən ölkədə keçirilməsini həzm edə bilmir. Həmin dairələrin cəhdləri iflasa uğrayıb. Onlara ən layiqli cavabı Prezident İlham Əliyev COP29-un açılışı zamanı çıxışında verdi. Sözügedən Qərb dairələrin bu tədbirin ölkəmizdə keçirilməməsi üçün etdikləri cəhdlərə baxmayaraq, 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçı tədbirdə iştirak edir. Onların arasında 80 prezident, vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb. Ona görə də həmin dairələr yəqin ki, çox məyusdurlar. Kimin hansı mövqedə olmasına baxmayaraq, Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm təşəbbüslər irəli sürüb. COP29-da qəbul olunan qərarlar bu istiqamətdə ciddi nəticələrin əldə olunmasına imkan yaradacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri