Icma.az
close
up
RU
525ci qəzet Rəqəmsal inkişaf və nəqliyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

525ci qəzet Rəqəmsal inkişaf və nəqliyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

525.az-a müsabiqənin işçi qrupundan bildirilib ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

Nazir çıxışında müsabiqənin qaliblərin peşəkar inkişafı üçün mühüm imkanlar yaratdığını vurğulayıb və onların karyera yüksəlişini dəstəkləyən mentorluq proqramının əsas məqsədlərindən bəhs edib.

Rəşad Nəbiyev gələcəyin liderlərinin inkişafına xüsusi önəm verdiklərini qeyd edərək, “Yüksəliş” müsabiqəsinin Azərbaycanın idarəçilik sistemində səriştəli və vətənpərvər kadrların yetişməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazir Rəşad Nəbiyev sonda peşəkar kadrların yaradıcı potensialının və innovativ ideyalarının ölkənin gələcək inkişafına müsbət təsir göstərəcəyini bildirib. O, müsabiqə iştirakçılarına bilik və bacarıqlarını davamlı olaraq təkmilləşdirməyi, qarşılarına böyük məqsədlər qoymağı və Azərbaycan dövlətinə layiqli xidmət göstərməyi tövsiyə edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see224

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see221

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see170

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see169

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see151

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see149

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see144

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see142

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see140

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see134

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see134

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see133

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see129

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see128

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see126

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see126

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see125

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see125

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see124

Umar Nurməhəmədov Mario Bautista ilə döyüşdə yıxılmasının səbəbini izah edib

26 Oktyabr 2025 12:01see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri