Icma.az
close
up
RU
Yaxın Şərqdə yeni “hərbi partlayış” riski artır: Türkiyə Suriyada ABŞ a bağlı terrorçuları “ovlayır”

Yaxın Şərqdə yeni “hərbi partlayış” riski artır: Türkiyə Suriyada ABŞ a bağlı terrorçuları “ovlayır”

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriya yeni və daha mürəkkəb eskalasiya mərhələsinə daxil olmaqdadır, çünki bir tərəfdən, ABŞ İŞİD-ə qarşı əməliyyatlarla öz hərbi mövcudluğunu qorumağa çalışır... Digər tərəfdən də Türkiyə PKK terror faktorunu neytrallaşdırmaq üçün hərbi təzyiqləri artırır, rəsmi Dəməşq isə ölkə daxilində suverenliyi tam bərpa etmək üçün “fürsət pəncərəsi” axtarır...

Suriya yenidən qlobal və regional güclərin toqquşma meydanına çevrilir. Bu Yaxın Şərq ölkəsində hərbi-siyasi vəziyyət yenidən kəskin eskalasiya mərhələsinə daxil olmağa başlayıb. ABŞ ordusunun Suriyanın Palmira bölgəsində İŞİD-ə qarşı başladığı “Hauvkeye Strike” əməliyyatı, Türkiyə Silahlı Qüvvələrinin Hələb ətrafında PKK terror təşkilatının mövqelərinə artilleriya zərbələri və Suriya hökumət ordusu ilə PYD/YPG silahlı qruplaşması arasında birbaşa döyüşlər ölkəni faktiki olaraq, paralel cəbhələrə bölür. Bu hərbi proseslər Suriyanın təkcə ölkədaxili münaqişə zonası deyil, eyni zamanda, regional və qlobal güclərin maraqlarının kəsişdiyi geopolitik məkan kimi qaldığını növbəti dəfə təsdiqləyir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ ordusunun “Hauvkeye Strike” əməliyyatı həm terrorizmlə mübarizə, həm də Suriyada mövqelərin qorunması məqsədi daşıyır. Pentaqonun şefi Pit Heqsetin açıqlamasına görə, ABŞ Silahlı Qüvvələri Suriyanın Palmira bölgəsində amerikalı hərbçilərə edilən hücuma cavab olaraq, İŞİD mövqelərinə yönəlik antiterror əməliyyatına start verib. “Hauvkeye Strike” adlı əməliyyat çərçivəsində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) təlimatı ilə terrorçulara qarşı qırıcı təyyarələr, zərbə helikopterləri və artilleriya vasitələrindən istifadə olunur. Və bu əməliyyat sayısində İŞİD terror təşkilatına məxsus onlarla obyektin – silah anbarları, logistik mərkəzlər və ehtimal olunan komanda məntəqələrinin vurulduğu bildirilir.

Maraqlıdır ki, Ağ Ev bu əməliyyatı “yeni müharibənin başlanğıcı deyil, cavab zərbəsi” kimi təqdim etsə də, bu proses bir tərəfdən, daha geniş kontekstdə ABŞ-ın Suriyadakı mövcudluğunu qorumaq məqsədi daşıyır. Digər tərəfdən isə bu, bölgədə yaranan təhlükəsizlik boşluqlarını İŞİD-in yenidən doldurulmasının qarşısını almaq cəhdi kimi də qiymətləndirilir. Xüsusilə də İsrailin Qəzzada törətdiyi dağıdıcı hadisələrdən sonra Yaxın Şərqdə ABŞ hərbi kontingentlərinin daha çox hədəfə çevrilməsi Ağ Evi preventiv və sərt addımlar atmağa vadar edir.

Bütün bunlara paralel olaraq, Türkiyənin Suriyanın Hələb bölgəsi ətrafında hərbi fəallığı artırmaqla, rəsmi Ankaranın verməyə çalışdığı yeni mesajlar da böyük maraq doğurur. Belə ki, son vaxtlar Suriyanın şimal ərazilərində Türkiyə Silahlı Qüvvələrinin aktivliyi ciddi şəkildə artmağa başlayıb. Yerli mənbələrə görə, Türkiyə ordusu Hələb ətrafında PKK terror təşkilatının Suriya qolu olan SDQ/YPG-yə məxsus mövqeləri artilleriya atəşinə tutub. Bu addımlar rəsmi Ankaranın uzun illərdir ki, davam edən əsas strateji xəttinə – Suriya ərazisində PKK silahlı terror təşkilatının möhkəmlənməsinin qarşısını almaq siyasətinə tamamilə uyğundur.

Rəsmi Ankaranın həm İraq, həm də Suriya üçün paralellik təşkil edən əsas hərbi strateji xətti ilk növbədə Türkiyənin terror təhlükəsindən müdafiə olunmasına yönəldilib. Belə ki, silahlı terror qruplaşması SDQ-nin əsas dayağı hesab olunan YPG Türkiyədə PKK-nın Suriya qolu kimi qəbul olunur və bu, rəsmi Ankaranın təhlükəsizlik doktrinasında “qırmızı cizgi” statusuna malikdir. Ona görə də, Türkiyə ordusunun Hələb ətrafındakı hərbi zərbələri eyni zamanda, həm də ABŞ-a və rəsmi Dəməşqə açıq mesaj xarakteri daşıyır. Və bu, o deməkdir ki, rəsmi Ankara Suriyanın gələcək siyasi konfiqurasiyasında PKK terror təşkilatı üzərindən “kürd muxtariyyəti”nin qurulmasına heç bir halda, imkan verilməyəcəyini açıq şəkildə nümayiş etdirir.

Digər tərəfdən, Suriyada daxili hərbi-siyasi vəziyyəti gərginləşdirən üçüncü istiqamət isə rəsmi Dəməşq və terrorçu SDQ arasında silahlı qarşıdurmanın yenidən toqquşma mərhələsinə keçməsi ilə birbaşa bağlıdır. Belə ki, hökumət qüvvələri SDQ terrorçuları arasında Hələb bölgəsində baş verən silahlı toqquşmalar hərbi vəziyyəti daha da mürəkkəbləşdirən əsas məqamlardan biridir. Ona görə də, Suriya hökumət ordusu SDQ/YPG-nin nəzarətində olan Şeyx Maqsud və Əşrəfiyə məhəllələrinə yönəlik hücum əməliyyatları aparmaq məcburiyyətində qalıb.

Üstəlik, artilleriya və yüngül silahların tətbiqi ilə aparılan döyüş əməliyyatları yaşayış massivlərinə yaxın ərazilərdə baş verdiyindən bu, mülki əhali üçün də ciddi risklər yaradır. Bu mərhələ Suriyada uzun müddətdir ki, “dondurulmuş” kimi görünən hökumət-SDQ münasibətlərinin faktiki olaraq, silahlı qarşıdurma fazasına keçdiyini göstərir. Rəsmi Dəməşq üçün terrorçu SDQ-nin nəzarətində qalan şəhərdaxili anklavlar Suriyanın dövlət suverenliyinə açıq təhdid kimi qəbul olunur. Halbuki, bu terrorçu silahlı qruplaşma hələ də ABŞ-ın dəstəyinə arxalanaraq, öz mövqelərini qorumağa çalışır.

Ancaq maraqlı məqamlardan biri də odur ki, məhz belə qəliz hərbi-siyasi situasiyada Suriyanın aşirət faktoru yenidən ön plana keçməyə başlayıb. Belə ki, bu bölgədə mövcud olan ərəb aşirət liderlərinin terrorçu SDQ-yə qarşı ümumi səfərbərlik elan etməsi daha amansız savaşın hələ irəlidə olduğunu göstərir. Bu proses Suriyanın şimalında etnik və sosial gərginliyin daha da dərinləşdiyini biruzə verir. Aşirət silahlı qruplarının və yerli əhalinin PKK terrorçularına qarşı koordinasiyalı müqavimətə cəlb olunması isə bu silahlı münaqişənin yalnız dövlətlərarası deyil, həm də icmalararası xarakter almağa başladığını göstərir.

Təbii ki, bu proseslər terrorçu SDQ-nin uzunmüddətli dayanıqlığını sual altına alır və ABŞ üçün əlavə risklər yaradır. Çünki ABŞ-ın Suriyada əsas müttəfiqi olan terrorçu SDQ getdikcə, həm regional güclərin, həm də yerli aktorların təzyiqi altına düşür. Belə vəziyyət isə onu göstərir ki, Suriya yeni və daha mürəkkəb eskalasiya mərhələsinə daxil olmaqdadır. Çünki ABŞ İŞİD-ə qarşı əməliyyatlarla öz hərbi mövcudluğunu qorumağa çalışır. Türkiyə PKK terror faktorunu neytrallaşdırmaq üçün hərbi təzyiqləri artırır. Rəsmi Dəməşq isə ölkə daxilində suverenliyi bərpa etmək üçün “fürsət pəncərəsi” axtarır.

Göründüyü kimi, qlobal və regional aktorların maraqlarının toqquşduğu bir vəziyyətdə bu hərbi proseslərin kəsişdiyi məkanda isə mülki əhali üçün humanitar situasiya getdikcə daha da ağırlaşır. Ona görə də, mövcud hərbi-siyasi dinamikada Suriyanın yaxın perspektivdə sabitlik deyil, məhz daha çox lokal münaqişələrin genişmiqyaslı geopolitik qarşıdurmaya çevrilmə riski ilə yüklənmiş məkan olacağı qətiyyən istisna edilmir. Bu isə Yaxın Şərq regionu üçün yeni təhlükəsizlik çağırışları və qlobal güclər arasında daha sərt rəqabət deməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Dekabr 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri