Lukaşenko Belarus xalqına qarşı törədilmiş “soyqırımı“nda təqsirkar ölkələrdən təzminat almağı tapşırdı
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko yeni baş prokuror Dmitri Qoraya Böyük Vətən müharibəsi illərində Belarus xalqına qarşı törədilmiş "soyqırımı"nda təqsirkar olan ölkələrə maddi hesab irəli sürməyi tapşırıb.
Moderator.az bu barədə "BelTA" agentliyinə istinadən xəbər verir.
Lukaşenkonun sözlərinə görə, bir çox fakt artıq üzə çıxarılıb və yeni nəsə tapmaq çətin olsa da, istintaq mütləq yekunlaşdırılmalı və hesab təqdim edilməlidir:
"Ödəyəcəklər, ya yox - fərqi yoxdur, amma bilməlidirlər ki, onlar bizə borcludurlar".
Belarus lideri əlavə edib ki, hesab ABŞ dolları ilə deyil, onun sürətlə dəyərdən düşməsini nəzərə alaraq, günahkarların tarixi məsuliyyətini əks etdirən başqa formada irəli sürülməlidir.
Dövlət başçısı xatırladıb ki, işğal dövründə bütöv bir respublika dağıdılıb. İlkin qiymətləndirmələrə görə, vurulan zərərin məbləği azı 2.3 trilyon ABŞ dolları təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 23 Dekabr 2025 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















