525ci qəzet Rusiyaya məxsus təyyarədə yanğın
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünən axşam saatlarında Antalya hava limanında Rusiyanın "Azimut" şirkətinə məxsus təyyarədə yanğın baş verib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın çətin hava şəraitində eniş edən "Sukhoi Superjet 100" markalı təyyarənin mühərrikində başlayıb.
Yanğınsöndürənlər pilotlardan siqnal aldıqdan sonra 2 dəqiqə ərzində yanğını söndürərək, alovun digər konstruksiyalara keçməsinin qarşısını alıblar.
Soçi-Antalya reysi ilə hərəkət edən hava gəmisinin sərnişinləri evakuasiya olunublar. Xəsarət alan yoxdur.
Qəza səbəbindən 20-dən çox reys təxirə salınıb.
Qeyd edək ki, "Azimut" şirkəti qəzanın ilkin səbəbini açıqlayıb. Rəsmi məlumatda küləkli havanın və bu üzdən sərt enişin yanğına nədən olduğu bildirilir.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 Noyabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















