Icma.az
close
up
RU
525ci qəzet Abxaziyada Rusiyaya qarşı etiraz

525ci qəzet Abxaziyada Rusiyaya qarşı etiraz

Icma.az bildirir, 525.az portalına istinadən.

Xaqani CƏFƏRLİ

Rusiya ilə investisiya sazişinin ratifikasiyasına qarşı etirazlar Abxaziya ilə Rusiya arasında münasibətlərin təsəvvür edildiyi kimi rəvan olmadığını üzə çıxardı.  Rusiya şirkətlərinə Abxaziya ərazisində layihələr həyata keçirmək, torpaq və daşınmaz əmlaka sahib olmaq hüququ verən sazişin bütün Abxaziyada kütləvi etirazlar doğuracağını ehtimal etmək mümkün deyildi. Abxaziya Gürcüstandan müstəqilliyini elan etdikdən sonra tamamilə Rusiyanın təsir dairəsinə keçmişdi. Hətta Gürcüstan Abxaziyanın Rusiya tərəfindən işğal edildiyini də bəyan edir. İndi isə belə görünür ki, Abxaziyada Rusiyaya münasibət Gürcüstanda olduğundan çox da fərqli deyil. Rusiya ilə investisiya sazişinin ratifikasiyasına qarşı etiraz edənlərin Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə toqquşmaları, etiraz aksiyasına Abxaziyanın hər yerindən dəstək gəlməsi məsələnin ümumxalq xarakteri aldığını göstərir. Etirazların ümumxalq xarakteri aldığını göstərən digər bir məqam aksiyanın paytaxt Suxumu ilə yanaşı, bölgənin bütün ərazilərini əhatə etməsidir.

Abxaziya müxalifəti isə bölgə ərazisində çoxfunksiyalı turizm komplekslərinin tikintisini nəzərdə tutan sazişə həm də sazişin Moskvanın xeyrinə Suxumi üzərinə qoyduğu öhdəliklərə görə etiraz edir.

Abxaziya prezidenti Aslan Bjaniya respublikaya nəzarəti təmin etmək üçün kifayət qədər qüvvəsi və vasitələri olduğunu bildirsə də, etirazların kütləviliyi iqtidarı geri addım atmağa vadar edir. Məsələ ondan ibarətdir ki, etirazlarçılar Suxumu xarici aləmlə Qumistinski, Nijnequmistinski və Kodori körpülərini bağlamaqla bölgədə həyatı iflic hala sala biliblər. Buna görə də hökumət güzəştə getməyə və noyabrın 11-də saxlanılan Aslan Qvaramiya, Ömər Smir, Ramaz Dzhopua, Harri Kokai, eləcə də noyabrın 9-da saxlanılan Tengiz Aqrbanı azad etməyə məcbur olub. Bundan başqa, bu şəxslərdən üçün inzibati işlərinə xitam verilib. Daha iki fəalla bağlı məhkəməyə heç bir material təqdim olunmayıb. Abxaziya mətbuatı Almasxan Ardzinbanın həbsdən azad edildiyi haqqında məlumat yayıb.

Abxaziyada baş verənləri Moskvada da diqqət və narahatlıqla izləyirlər. Moskvada hər kəsə aydındır ki, bu etirazlar Abxaziya ərazində Rusiya sərmayəsinin genişlənməsinə, yəni bölgə üzərində Rusiyanın təsir dairəsinin artmasına qarşıdır. Rusiyanın rəsmi qurumları hələlik bu hadisələrə münasibət bildirmir. Ancaq Rusiyanın təbliğat maşını bölgəyə qarşı bir sıra qadağalar tətbiq edə bilinəcəyinə işarə edir. Buraya dövlət sektorunda çalışanlara əlavə ödənişləri və elektrik enerjisinin alınmasına görə güzəştləri ləğv edəcəyi daxildir. Rəsmi Moskva Abxaziya hakimiyyətinə bir neçə il əvvəl öz qanunvericiliyini Rusiya qanunvericiliyinə uyğunlaşdırmaq üçün götürdükləri öhdəlikləri yerinə yetirməyin vaxtı çatdığını xatırlatmaqla yanaşı, bu məsələdə israrlı olduğuna da işarə edir.

Abxaziyada isə Rusiya əleyhinə əhval-ruhiyyə qızışmaqdadır. Rusiya-Abxaziya münasibətlərini yaxından izləyən ekspertlər isə qeyd edirlər ki, Rusiya bölgənin artan tələbatını qarşılmaq imkanında deyil. Xüsusilə də, Ukraynaya qarşı müharibə başlayandan Rusiya Abxaziyanın tələblərini qarşılamaqda daha çox çətinlik çəkir. Bu isə Abxaziyanın Rusiyadan asılılığını azaldır və bölgəni yaranmış vəziyyətdən çıxış yolları axtarmağa çalışır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri