525ci qəzet Sərnişin təyyarəsini qaçırmaq istədi, həbs olundu
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Meksikada sərnişinlərdən biri Quanahuatodan Tixuanaya uçan təyyarəni qaçırmaq istəyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı kişi stüardessaya hücum edərək, pilot kabinəsinə daxil olmağa çalışıb.
Lakin digər əməkdaşlar və sərnişinlərin köməyi ilə zərərsizləşdirilib. Təyyarə Qvadalaharaya təcili eniş edib və həmin sərnişin polis tərəfindən həbs olunub.
İnsident zamanı zərərçəkən olmayıb. Təyyarə daha sonra uçuşa davam edib.
Qeyd edək ki, həbs olunan şəxs həyat yoldaşı və 2 övladı ilə səfər edirmiş. O, ilkin ifadəsində kimlərinsə onu Tixuanaya gedəcəyi təqdirdə ölümlə təhdid etdiyini və bu üzdən təyyarəni ABŞ-ə qaçırmaq istədiyini bildirib.
L.Tağıyeva



525ci qəzet Sərnişin təyyarəsini qaçırmaq istədi həbs olundu
09 Dekabr 2024 14:14
Sərnişin təyyarəsini ildırım vurdu Video
25 Yanvar 2025 22:12
525ci qəzet İrəvanMoskva təyyarəsində sərnişin ölüb
03 Yanvar 2025 14:01
525ci qəzet Rusiyada 2 sərnişin avtobusu toqquşdu
10 Dekabr 2024 22:17
Təyyarəni qaçırmaq istəyən şəxs sərnişin tərəfindən vurularaq öldürüldü
18 Aprel 2025 11:54

