Icma.az
close
up
RU
Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib Vətəndaşdan ŞİKAYƏT

Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib Vətəndaşdan ŞİKAYƏT

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Bakı şəhər sakini Viktoriya Nəcəfova əlilliyinin ləğv edilməsi ilə bağlı Trend-ə müraciət edib.

BAKU.WS xəbər verir ki, o, onkoloji xəstəliklə əlaqədar müalicə aldığını, mədəsinin tamamilə götürüldüyünü və səhhətindəki problemlərin davam etməsinə baxmayaraq, əlilliyinin yenidən təyin edilmədiyini bildirib.

V.Nəcəfovanın sözlərinə görə, ona 2020-ci il oktyabrın 11-də ikinci mərhələ Hodçkin limfoması diaqnozu qoyulub. Altı kurs kimyaterapiyadan sonra vəziyyətində müəyyən irəliləyiş olsa da, daha sonra şüa müalicəsi təklif edilib. Şikayətçi qorxduğu üçün bu müalicəyə razılıq vermədiyini, sonradan əməliyyat olunduğunu deyib.

"Əməliyyatdan sonra mənə üçüncü dərəcəli əlillik təyin edildi. Üç il əlillik statusum olub, sonra isə ləğv edilib. Halbuki mədəm tamamilə götürülüb, qidalanma ilə bağlı problemlərim, dəmir və B qrupu vitaminlərinin çatışmazlığı var. Hər iki aydan bir dəmir və B qrupu vitaminləri qəbul etməli oluram", – deyə o bildirib.

Şikayətçi qeyd edib ki, onda qanda şəkərin səviyyəsinin düşməsi, taxikardiya və kəskin halsızlıq halları baş verir. Onun sözlərinə görə, həkimlər ona dempinq sindromu diaqnozu da qoyublar. V.Nəcəfova beş ilə yaxındır davam edən ishalın da gündəlik həyatına və ümumi vəziyyətinə mənfi təsir göstərdiyini vurğulayıb.

O, əlilliyinin yenidən qiymətləndirilməsi üçün iki dəfə aidiyyəti qurumlara müraciət etdiyini, lakin imtina cavabı aldığını bildirib. V.Nəcəfova məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini və işə dekabrda baxılmasının gözlənildiyini əlavə edib.

Şikayətlə bağlı Trend-in sorğusuna cavab olaraq, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib:

"Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Nəcəfova Viktoriya Borisovna əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişi əsasında 15.12.2025, 09.01.2026-cı il tarixlərdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin həkim-ekspertləri tərəfindən əyani müayinə edilib.

Hər bir müayinə zamanı vətəndaşın sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib.

Viktoriya Nəcəfovanın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verə biləcək ağırlaşmalar yaranıbsa, qeydiyyat üzrə tibb müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, onun əlilliyi təkrar qiymətləndirilə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Noyabr 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri