Icma.az
close
up
RU
525ci qəzet Sevgi libasına bürünsün hamı

525ci qəzet Sevgi libasına bürünsün hamı

Icma.az bildirir, 525.az portalına istinadən.

Tahir RZA

İstək

Tanrım, qəbul elə dualarımı,

İnsanlıq yolunda alışım, yanım.

Sevgi libasına bürünsün hamı,

Eşqin avazıyla yatım, oyanım.

Sədaqət, etiram, inam, məhəbbət,

Gül açsın insanın baxışlarında,

Bir misri qılınca dönsün həqiqət,

Xəyanət qəlblərə yol açan anda.

Bu günün düşünən, sabahın duyan,

Əzilən dünyanı, cahanı görsün.

Həyat yollarına hər qədəm qoyan,

Köksündə gizlənən şeytanı görsün.

Geniş aç səadət qapılarını,

Haqqın nizamını haqsıza bildir.

Yaşat ömürlərin novbaharını,

Nadanı zəlil et, aqili güldür.

Andı, həqiqəti haqq gözüylə gör,

Verim ürəyimi, dövlət-varımı.

İnsana puldan çox insaf, ağıl ver,

Tanrım, qəbul elə dualarımı.

İnsan

Aqildi, nadandı, şahdı, nökərdi,

İllərin şahidi, yaşıdı insan,

Çox ahı-amanı, kədəri, dərdi,

Qəlbində ovutdu, daşıdı insan.

Bəzən zilə qalxdı, gah bəmə endi,

Haqqa ox tuşlayıb bəzən deyindi.

Çətinə düşəndə quzuya döndü,

Həm işin hay-küylə aşıdı insan.

Can qoydu düz işə pəl vurmaq üçün,

Araqarışdırıb qəlb qırmaq üçün.

İnsana zülm edib tor qurmaq üçün,

Qançıxmaz yerləri qaşıdı insan.

Yaxşılar içində qızıldı, zərdi,

Əyilməz, yenilməz ərəndi-ərdi.

Qanana arxadı, haqqa nökərdi

Dünyanın naxışı, başıdı insan.

Ariflər şər-böhtan, gop-hədə bilməz,

Nadanlar tez coşar, düz gedə bilməz.

Tahir, çox sirləri dərk edə bilməz.

Həm aqil, həm də ki, naşıdı insan.

Vallah bu dünyanın başı işləmir

Saf suları şoranlaşır, lillənir,

Şərə uyur, küyə gedir, təllənir.

Quru yerə qürurlanır, şellənir,

Vallah bu dünyanın başı işləmir.

Bazarında şor yağından bahadı,

Qanmazları özün öyən koxadı.

Yaxası tez ələ keçən yaxadı,

Vallah bu dünyanın başı işləmir.

Zalımları mindiribdir tərkinə,

Zülmə dözür, getmir haqqın bərkinə.

Hey qaşınır, bit düşübdür kürkünə

Vallah bu dünyanın başı işləmir.

Bar qalmayıb baxçasında, bağında,

Şeytan yatıb bostanının tağında.

Çılpaq gəzir qışın oğlan çağında,

Vallah bu dünyanın başı işləmir.

Düzdən qaçır, haqq sözünə vurulmur,

Min illərdir çalxalanır, durulmur.

Baş kəsməkdən, qan tökməkdən yorulmur,

Vallah bu dünyanın başı işləmir.

Bir qütbü şər, bir qütbü pir, ocaqdı,

Çox haqq deyən haqq yolundan qaçaqdı.

Kim güclüdü o da haqlı, qoçaqdı,

Vallah bu dünyanın başı işləmir.

Qəddar olan zülmə, şərə bəs deməz,

Ədavəti, xəyanəti kəs deməz.

Hədən görən sülh, ədalət istəməz,

Vallah bu dünyanın başı işləmir.

Ulu tanrım, söylə günah kimdədi?

Arifdədi, yoxsa ağlı kəmdədi?

Nə vecinə insan dərddə, qəmdədi

Vallah bu dünyanın başı işləmir.

Başımıza dəyən yumruq, daş bizim,

Gözümüzdə donan həsrət, yaş bizim.

Əgər varsa ağıl bizim, baş bizim,

Vallah bu dünyanın başı işləmir.

Baxmır

Gedən saat deyil, ömür-gün gedir,

Zaman yaxşı-pisə, yamana baxmır.

Dövran insanları saf-çürük edir,

Qocaya, uşağa, cavana baxmır.

Dəyişib rəngini çəmən də, çöl də,

Haqq, hörmət söyləyir hərə bir dildə.

Məhəbbət görünmür işdə, əməldə,

Haqsızlar xalq üçün yanana baxmır.

Söz sözə calanır, qərar qərara,

Qanuna güc gəlir, ancaq pul-para,

Talelər, istəklər salınır tora,

Dinsizlər məshəbə, imana baxmır.

Gün keçir, vaxt ötür, ömür sozalır,

Arzular puç olur, istək azalır.

Açılan yolları duman, çən alır,

Zalımlar ümidə, gümana baxmır.

Qoyub nadanları başlı-başına,

Ağlatmaq, inlətmək gəlir xoşuna,

Döndərir qəlbləri kürə daşına,

Dünya aha, ünə, amana baxmır.

Meydanda oynadır namərdi, bədi,

Yandırdır quranı, sökür məbədi.

Tahir üz döndərib, bezibdi, nədi,

Tanrım yaratdığı insana baxmır.

Bu dünya nə yaman korlanır, Allah

Dövran saxtalaşır, dəyişir zaman,

Solur arzu-istək, sozalır güman.

Nadanlar aqilə verməyir aman

Bu dünya nə yaman korlanır, Allah.

Xəyanət, söz-böhtan asıb yolunu,

Bağlayır qanunun, haqqın qolunu.

Yekəbaş bəyənmir daha çulunu

Bu dünya nə yaman korlanır, Allah.

Mələk libasına bürünüb cəllad

Zülm edib, qazanır, ancaq yaxşı ad.

Ərşə ucalıbdır ah-aman, fəryad,

Bu dünya nə yaman korlanır, Allah.

Kələk gəlməkdədir cırtdanlar divə

Qatır sürüsünə qatılır dəvə.

Yaltaqlıq, məttahlıq minibdir dəbə

Bu dünya nə yaman korlanır, Allah.

Qanmazlar dağ sanır yamacı, diki

Alçalır, var-dövlət qazansın təki.

Dərd-sərdi, hicrandı insanın yükü

Bu dünya nə yaman korlanır, Allah.

İnsanlıq yolunda can qoyanları,

Dövran yaman sıxır, sıxır canları.

Bəs kim susduracaq bu nadanları?

Haqqın gözlərimi torlanır, Allah,

Görmürsən bu dünya korlanır, Allah?

Olmur

Yükü çox ağırdı çərxi-fələyin,

Güc verib qaldırıb, götürmək olmur.

İnsanın bir anda qırır biləyin,

Dərdini dəf edib ötürmək olmur.

Soldurur aqilin baxça-bağını,

Çəkir ürəklərə həsrət dağını.

Hörmətə mindirir cəllad, yağını,

Zalımı insafa gətirmək olmur.

İnsan ağı deyir müşkül halına,

Dövrün gərdişinə, qeylü-qalına.

Qalır göz yollarda, qəlb yana-yana

Tanrıya dərdimi yetirmək olmur.

Duyub-düşünmədən inan bircə an,

Yaşamaq olmayır, inləyir vicdan.

Nə qədər dəyişib dönsə də dövran,

Tahir, haqqı-sayı itirmək olmur.

Sənə qurban

İllər ötüb keçir səssiz-səmirsiz,

Düşür saçımıza dən sənə qurban.

Sənsə istəyinlə, işvə-nazınla,

Hələ göylərdəsən en, sənə qurban.

Dünya təmtəraqlı, xeyir-şərlidir.

Gəncliyə qayıtmaq bir təsəllidir.

Sənə halım məlum, sirrim bəllidir.

Niyə dolanırsan gen, sənə qurban?

Baxma sərt yollara, qara, yağışa,

Gəl, qoyma çevrilsin baharım qışa.

Qovuşsun ürəklər, verək baş-başa,

Halımı bir soruş, din, sənə qurban.

Eşqsiz bir ürək boşdur, paradır,

Aşıq dəli deyil, bu, iftiradır.

Sənsiz ilim qəmli, günüm qaradır.

Yalqızam, gücsüzəm mən sənə qurban.

Sevgi yaşa baxmır, dövrana baxmır,

Bahara, payıza, borana baxmır.

Tahir yol gözləyir hicrana baxmır,

Getmisən geriyə dön sənə qurban.

Özünü qına

Sən məni tək-tənha qoyub getmisən.

Barı gəlirəmmi yuxularına?

Dövlətə-şöhrətə uyub getmisən.

Əgər peşman olsan, özünü qına.

Keçdiyin cığırlar solub-saralıb,

Həsrətəm duyumlu kəlmələrinə.

Şeirim ayrılığın könlünü alıb,

Hicrana dözməyi öyrədir mənə.

Mən səni ömrümə dayaq bilmişdim.

Dilimdən bir anda düşməzdi adın.

Mən sənə bir bahar ömrü vermişdim.

Sən mənə boranlı qış bağışladın.

Bir sevda inləyir könül tarımda,

Xəyallar köç edir belədən-belə.

Donur xatirələr baxışlarımda.

Getdiyin yollara qar yağır hələ.

Sən mənə baxma

Eşqin aşiqiyəm, söz sərrafıyam.

Nəğməyəm, şeirəm, sən mənə baxma.

Könül həmdəmiyəm, muğam ahıyam,

Dəridən don geyirəm, sən mənə baxma.

Mən eşqimə sadiq, əhdə vəfadar,

Sən ada-şöhrətə uyan, bir nigar.

Qarşına çıxmaram, get ol bəxtiyar,

Yaxşı yol deyirəm, sən mənə baxma.

Mən könlümü verdim şerə, sənətə,

Sənsə tablamadın dərdə, möhlətə.

Kaş ki, düşməyəsən dərdə, zillətə

Qoy çəkim həsrət, qəm, sən mənə baxma.

Dəysin ox gözlərimə

Gözəl qız, gözündə gözüm qalıbdır,

Bir süzgün nəzərlə bax gözlərimə.

Gözlərim gözünə meylin salıbdır.

Bax, görmə gözünü çox gözlərimə.

Nurlu göz görəndə ömür uzanır,

Gözəl üz görəndə ömür uzanır,

Şirin söz görəndə ömür uzanır,

Qəfil şimşək kimi çax gözlərimə.

Hər gözə göz dikmə göz dəyər sənə,

Bənd olma hər sözə, söz dəyər sənə.

Bəd nəzər ox kimi tez dəyər sənə,

Sənə yox, qoy dəysin ox gözlərimə.

Məktubum sənə çatsa...

Sənə məktub yazacam,

Oxu, sonra da cır, at.

Düşün xatirələrdən

Canlı bir tablo yarat.

Tablonun ortasında,

Bir mən olum, bir də sən.

Bir çiçəkli yaz fəsli,

Bir də laləli çəmən.

Göyərçin qollarını,

Çarpazla sinən üstə.

Süzgün baxışlarınla,

Məndən bir şeir istə.

Oxuyum o şeiri,

Alsın aparsın külək.

Güllərin qucağında,

Çək yaralı bir ürək.

Tablonun bir küncündə,

Vəfasız eşqimizə

Qara başdaşı ucalt,

Məktubum sənə çatsa,

Oxu, sonra da cır, at.

Hara tələsirsən?

Gəncliyimi alıb əldən,

İlim, hara tələsirsən?

Tabla ürək, döz özümə

Gəlim, hara tələsirsən?

Dərd üstə dərd gətirirsən,

Zülmü ərşə yetirirsən.

Dünya, belə gedişlə sən

Bilim hara tələsirsən?

Sözlər görüb, ürək duyub,

Nə eşq sönüb, nə göz doyub.

Bəs ömrümü darda qoyub

Gülüm, hara tələsirsən?

Xalq yolunda bilsin aləm,

Canı qurban edəcəyəm.

Vaxt gələndə gedəcəyəm.

Ölüm, hara tələsirsən?

Elə-belə dünyadı

Şirin dillə insanı,

Allan ələ dünyadı.

Ədalətə daş atan

Haqqa tələ dünyadı.

Aqillərə tor hörən,

Bəd anlayan, çəp görən.

Nadanları güldürən

Saxta, kölə dünyadı.

İşi düşüb düyünə

Çətin gülə, öyünə.

Tahir, uyma küyünə,

Elə-belə dünyadı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Dekabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see302

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see268

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see255

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see252

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see245

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see239

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see238

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see237

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see236

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see234

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see233

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see226

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see224

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see223

“Biz və bizim dağlar”: Sənət əsəri, yoxsa separatizmin simvolu?

19 Sentyabr 2026 20:47see202

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see202

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see190

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see188

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see186

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri