Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Şəmkir payız libasına bürünür

Şəmkir payız libasına bürünür

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Payızın gəlişi hər yerdə eyni olmur. Haradasa yağışla, haradasa çiskinlə-dumanla, haradasa da küləyin ağaclardan qopardığı ilk sarı yarpaqlarla…

Bir qədər diqqətlə baxanda görürsən ki, Şəmkirə payız sakitcə, sanki heç kəsi narahat etmək istəmədən gəlib. Küçələrin başı üzərində hələ də yaşıl rəngini qoruyan ağacların arasına sarı, mis rəngli, qəhvəyi çalarlar səpib, səkilərə bir ovuc yarpaq töküb, şəhərin üzünə yumşaq bir oktyabr işığı çəkib.

Adamın ilk diqqətini çəkən təkcə payız rəngləri deyil. Şəmkirin səliqəsi, sakitliyi, şəhər mədəniyyəti də bu mənzərənin içindən aydın görünür. Yol kənarları baxımlıdır, səkilər səliqəyə salınıb, ağac və yaşıllıqlar qorunur. Küçələrdə göz yoracaq qarışıqlıq, baxımsızlıq hiss olunmur. Əksinə, köhnə Şəmkirin özünəməxsus memarlığı ilə son illərdə görülən abadlıq işləri bir-birini tamamlayır.

Bir tərəfdə taxta eyvanlı, sarı divarlı, keçmişin nəfəsini qoruyub saxlayan evlər… O biri tərəfdə səliqəli asfalt örtüyü, yenilənmiş səkilər, işıq dirəkləri, baxımlı park və ictimai məkanlar…

Şəmkir sanki köhnəni dağıdıb yenisini qurmaq yolu ilə deyil, köhnənin ruhunu qoruyaraq yenilənmək yolu ilə gedir. Şəhərə yaraşan da elə budur.

Son illərdə Şəmkirin simasında aparılan dəyişikliklər mərkəzi küçələrdə daha çox hiss olunur. Şəhər infrastrukturu yenilənir, abadlıq və yaşıllaşdırma işləri aparılır, ictimai məkanların görünüşünə diqqət artırılır. Ən önəmlisi isə budur ki, bütün bunların fonunda Şəmkir öz kimliyini itirmir. Onun enli, ağaclı küçələri, kölgəli yolları, tarixi binaları, həyət evləri əvvəlki kimi şəhərin, bir növ, xarakterini müəyyənləşdirir.

Payız bu mənzərəyə ayrıca bir gözəllik gətirib. Yarpaqlar asfaltın üzərinə səpələnib, amma küçə yenə də təmiz görünür. Ağacların budaqlarından süzülən günəş şüaları binaların divarlarına düşür, parkların sakitliyində mövsümün həzin nəfəsi duyulur. Uzaqda Azərbaycan bayrağının görünməsi bu sakit payız mənzərəsinə başqa bir məna qatır: şəhər yaşayır, dəyişir, yenilənir, amma öz yaddaşını da özü ilə aparır.

Şəmkirin üstünlüklərindən biri də məhz yaşıllığıdır. İllərin ağacları şəhərin küçələrinə sadəcə kölgə salmır, həm də onun görünüşünü müəyyənləşdirir. Əslində, bu ağacların altında neçə-neçə nəsil böyüyüb, neçə payız gəlib-keçib. İndi həmin ağacların yarpaqları yenə saralır, yenə küçələrə tökülür. Amma onların fonunda Şəmkir artıq əvvəlki illərin Şəmkiri deyil, daha səliqəli, daha baxımlı, daha müasir görünür.

Şəhərin təmizliyi də ayrıca qeyd olunmalıdır. Təmizlik yalnız küçələrin süpürülməsi deyil. Təmizlik şəhərə münasibətdir. Səkini, ağacı, binanı, parkı qorumaq mədəniyyətidir. Payız yarpaqları küçələrin gözəlliyini pozmur, əksinə, onları mövsümün təbii bəzəyinə çevirir.

Bəlkə də şəhərlərin gözəlliyi ən çox payızda üzə çıxır. Yayın gur işığı çəkilir, ağacların rəngi dəyişir, küçələrin cizgiləri daha aydın görünür. Şəmkir də indi belədir – bir qədər sakit, bir qədər kövrək, amma çox yaraşıqlı.

Bəli, Şəmkirə payız gəlib. Ağacların başında, qədim evlərin eyvanında, parkların sakitliyində, küçələrə səpələnmiş sarı yarpaqlarda…

Və görünür, Şəmkir bu payızı da ona yaraşan şəkildə – təmiz, səliqəli və özünəməxsus gözəlliyi ilə qarşılayıb.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Şəmkir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see560

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see547

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see540

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see459

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see436

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see353

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see330

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see302

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see301

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri