Icma.az
close
up
RU
525ci qəzet Sonsuz ağrılar və bəşəri təklik Rə­van Cavid yazır

525ci qəzet Sonsuz ağrılar və bəşəri təklik Rə­van Cavid yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Rəvan CAVİD

İnsan mühakiməyə meyilli varlıq olduğu üçün onun eqosu bəzən özünüdərk prosesini "məqsədli" şəkildə yubadır. Başqalarının səhvləri, günahları, uğursuzluqları onu daha çox maraqlandırır, nəinki öz şəxsi keyfiyyətləri. Psixoloji akt kimi qəbul edilən sənət və onun şəkildəyişmələri insanın mahiyyətini bu və ya başqa rakurslardan göstərmək üçün "təlimatlandırılıb".

XIX əsrin avanqard ədəbi nümunələri yaranana qədər mətnlər ya kilsə qanunlarının icmalı, ya da ibtidai insanın yenicə sivilizasiyaya qovuşması eyforiyasının eqosu kimi qarşımıza çıxır. "Don Kixot"la başlayan özünəironiya şəkli fransız və ümumilikdə Avropa intibahında yayğınlaşır. Özünəironiya özünümühakiməyə təkan verir. Və beləcə ədəbiyyatda "antiqəhrəmana simpatiya" yaranır. Bu cür mürəkkəb psixoloji axının ən yaxşı dalğıcı isə, təbii ki, Dostoyevskidir.

Nabokov onun haqqında "Rus ədəbiyyatının ən zövqsüz yazıçısıdır" deyirdi. Çünki bütün qəhrəmanları bir-birinə oxşayır: depressiv, yorğun, nihilist, qaramat. Dostoyevski yaradıcılığının yeganə müsbət xarakteri, yəqin ki, Mışkindir. Digərləri ilə müqayisədə bir qədər ümidli, bir qədər romantik, eyni dərəcədə də digərləri kimi realist. Özünüdərk prosesini keçmiş biri!

Dostoyevski qəhrəmanlarının bu qədər bir-birinə bənzəməsini keçirdiyi ağır travmalarla əlaqələndirir və nihilist biri olduğunu boynuna alırdı. O da qəhrəmanları kimi mazoxistcəsinə nə qədər qaramat olduğunu boynuna alırdı. İsanın qurban seçilib atası tərəfindən çarmıxa göndərildiyini iddia edən qəhrəmanları kimi özünü də rus mühitinin və ictimai elitasının qurbanı hesab edirdi.

Dostoyevski edam kötüyündən son anda endirilir. Günlərlə ölümünü gözləyir, dar ağacından asılacağı saniyələri sayır və son anda çarın əmri ilə bağışlanır. Bu əfv ona dərin psixoloji ağrılar yaşadır. Dünya ilə bütün əlaqələrini kəsmiş gənc vətənpərvər həyata yenidən əvvəlki üsyankar, inadkar imiclə qayıda bilmir (Həmin edamı gerçəkləşdirən vəzifəlilərdən biri də Nabokovun babası olub. Nabokovun Dostoyevskiyə antipatiyası genetikdir). Və qumara qurşanır.

Ziqmund Freyd Dostoyevskinin qumarbazlığını aludəçilik kimi yox, terapiya kimi qiymətləndirirdi. Daxilindəki maddi insanı öldürmək üçün o, davamlı uduzmalı idi. Və belə də olurdu. Dostoyevskinin qumar borcları o öləndə belə tamamilə ödənməmişdi. Qumar borcuna görə kitab yazması, məşhurlaşması və sair kimi bilənən məlumatları qeyd etmədən Freydə qayıdıram.

Freyd Dostoyevskinin yaradıcılığının böyük psixoloji diaqnozlarla dolub-daşmasını epilepsiya zamanı gördüyü hallusinasiyalarla əlaqələndirir. Dostoyevskinin epileptik çıxarışları Nitsşeni üstinsanı axtarmağa sövq etmişdi. O da düşünürdü ki, Dostoyevski həmin dövrə qədər yazıb-yaratmış ən yaxşı psixoloqdur. Freyd parapsixologiyadan danışanda hökmən Dostoyevskinin adını çəkir.

Jozef Kempbell "Min sifətli qəhrəman" kitabında insanın bütün günahlarının əsasında yarımçıq dünyaya gəlməsini səbəb göstərir. İnsanın digər canlılardan daha gec "süddən qopması"nı da bununla əlaqələndirir. O, ana bətnində bütünləşmir. Onun sonralar Edip kompleksi yaşaması da bununla bağlıdır. İnsan sevgiyə və aliliyə ac gəlir dünyaya. Və heç bir mədəni akt onu öz ibtidai sərhədlərindən çəkib çıxara bilmir. Bunun əsas yolu insanın daim özünü sorğulaması və yanlız özünü mühakimə etməsidir. Raskolnikov kimi. Öz içinə çəkilib getdikcə batinində boğulmaq və bütün günahlarını "qusmaq". Dostoyevskiyə görə, aliliyə gedən yol bu idi. Ancaq o heç bunu da istəmirdi. Uşaqlıqda, yeniyetməlikdə, gənclikdə aldığı travmalar onu əbədi nihilistə çevirmişdi.

Dostoyevski öz qəhrəmanlarına qarşı həssas idi. Onlara yazığı gəlirdi. Dostoyevskişünas alim Məmməd Qocayev qeyd edir ki, məşhur yazıçı ilk romanı "Yoxsul insanlar"ı da məhz bu səbəbdən çap etdirməyə qorxurdu. O qorxurdu ki, adamlar onun qəhrəmanlarını incidəcəklər.

Rus ədəbiyyatında bütün tənqid və heyrətlərə rəğmən, iz qoya bilmiş Dostoyevski yaradıcılığını iki hissəyə (40-cı illər - əvvəl və sonra) bölsələr də, o, Tolstoy kimi yaradıcılığının ikinci hissəsində də öz ilkin qənaətlərinə qalib gələ bilməmişdi və həmişəlik psixoloq olaraq qalacaqdı.

Ondan sonra psixologiyada inqilab etmiş Freydə də, Yunqa da təsir etməyi bacarmışdı. Ən vacibi isə həm nihilizmin, həm də ondan doğan ekzistensializmin və bünövrəsini bu iki cərəyandan götürmüş absurdizmin banisi kimi onun adını çəkmək həmişə zəruri olacaq.

Bəs niyə Dostoyevskinin dedikləri, göstərdikləri və hiss etdirdikləri İkinci Dünya müharibəsindən sonra daha yaxşı qavranıldı?

Çünki İkinci Dünya müharibəsi tanrımərkəzçiliyin, yəni ümidin, görünməzə inamın sonuncu sınağı idi. Avropa, xüsusən, yəhudi köklü xalqlar bu sınaqdan çıxa bilməmişdi. Və insana qayıtmağın, mərkəzdə insan və onun hisslərinin dayandığı yeni dövrə girməyin vədəsi idi. Avropa getdikcə özünə qapandı. Fərdiyyətçilik toplum münasibətlərindən əvvələ keçdi. İnsanlar, nəhayət, tək olduqlarını dərk etmişdilər. İsa və tanrıları onlara "kömək etməmişdi". Modern və post-modern dövrdə teosentrik dövrün dağılmasından sonra inkişaf tapdı.

Dostoyevski isə bunu illər əvvəl kəşf etmişdi. O, "Yeraltından notlar"ın qəhrəmanı kimi hər kəsə qarşı çıxa bilmirdi. Bütün çətinliklərin günahını özündə axtarırdı. Bu axtarış isə onu çox dərinlərə çəkirdi. Varlığını şübhə altında qoyan iztirablara böyük bir köç başlamışdı artıq. Ona əbədiyyət qazandıran da bu köçün özündən sonra yüzillərlə davam etməsi oldu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Yanvar 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri