Icma.az
close
up
RU
525ci qəzet Sosialiqtisadi uğurlar ili

525ci qəzet Sosialiqtisadi uğurlar ili

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

2024-cü il ümumilikdə Azərbaycan üçün uğurlu bir il oldu. Sosial-iqtisadi göstəricilər, xüsusilə qeyri-neft sektorunda əldə edilmiş nəticələr bunu deməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ötən ilin iqtisadi göstəriciləri, sosial sahədəki inkişaflar haqqında ətraflı danışıb.

Keçən ilin iqtisadi inkişaf baxımından yenə də uğurlu il olduğunu deyən dövlət başçısı ümumi daxili məhsulun 4 faizdən çox, qeyri-neft sənaye sektorunda 7 faizdən çox artım olduğunu vurğulayıb. Prezident bildirib ki, bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil: "Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq".

Digər göstəricilərdə də müsbət dinamika var. İl ərzində Azərbaycanın valyuta ehtiyatları təqribən 5 milyard dollardan çox artıb və hazırda bu rəqəm 72 milyard dollara bərabərdir. Dövlət başçısı bildirib ki, əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir.

İkinci vacib göstərici ümumi daxili məhsulun xarici borca olan nisbətidir. Azərbaycan burada da dünyada liderlər sırasındadır. Prezident bildirib ki, xarici borcumuz ümumi daxili məhsulun cəmi 7.2 faizini təşkil edir: "Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7.2 faiz səviyyə doğrudan da çox böyük nəticədir. Əlbəttə ki, valyuta ehtiyatlarının xarici borcla müqayisəsi də önəmli amillərdən biridir. Burada da bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Yəni əgər kimsə mənə ikinci belə ölkə, - söhbət inkişaf etmiş ölkələrdən gedir, - göstərsə, əgər kimsə bu rəqəmlər toplusunu təqdim edə bilsə, mən əlbəttə ki, minnətdar ola bilərəm. Amma inkişaf etmiş ölkələr sırasında belə analoqlar yoxdur. Bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat dayanıqlıdır, öz resurslarına söykənir, heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur".

Müsahibədə diqqətçəkən məqamlardan biri də bu ilin dövlət büdcəsi ilə bağlı oldu. Azərbaycanın builki dövlət büdcəsi rekord səviyyədədir. Belə ki, büdcə xərcləri 41 milyard manatdan çoxdur, icmal büdcə isə 48 milyard manatı ötüb.

Dövlət başçısı deyib ki, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb: "Bütün bu amilləri sadalayaraq bir daha göstərmək istəyirəm ki, biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Mən dəfələrlə bildirmişdim və artıq hesab edirəm ki, bunu hər kəs görür, hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni iqtisadi cəhətdən, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara bilərsən".

Sosial sahə də hər zaman Azərbaycan dövləti üçün prioritet təşkil edib. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib. Ölkə rəhbəri bildirib ki, bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca dövlət daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də diqqət göstərəcək.

Qarabağın və Şərqi Zəngəzurun bərpası Azərbaycan üçün ən vacib prioritetlərdən biridir. Ötən il azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri yüksək templə davam edib. Ümumiyyətlə, üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıb, hazırda həmin ərazilərdə 30 minə yaxın insan yaşayır. Bu il daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Dövlət başçısı deyib ki, əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib.

Milli Məclisin deputatı Aydın Hüseynov mövzu ilə bağlı "525"ə deyib ki, Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, 2024-cü ildə siyasi, hərbi uğurlarımızla yanaşı, iqtisadi və sosial sahədə də böyük nailiyyətlər, uğurlar əldə olunub. Bunu səciyyələndirən ən mühüm faktlar sırasında ÜDM-nin 4,1 faiz artması, eyni zamanda müstəqillik tarixində həcm etibarilə ən böyük dövlət büdcəmizin təsdiqi oldu: "Büdcə xərclərimiz 41 milyard manatdan çoxdur, eyni zamanda icmal büdcəmiz 48 milyard manat təşkil edir. Digər tərəfdən ölkənin əsas strategiyası olan və hədəflərimizdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Qeyri-neft sektoru, xüsusilə bu sahənin tərkibində qeyri-neft sənayesi 6,1 faiz artıb. Valyuta ehtiyatlarımız 5 milyard artaraq 72 milyard dollar olub. Onu da qeyd edək ki, Azərbaycanın xarici borcu inkişaf etmiş ölkələrlə müqayisədə belə çox yaxşı göstəriciyə malikdir. Bu, bizim ÜDM-nin 7 faizinə bərabərdir. İqtisadi uğurlarımız əlbəttə, bizim ən başlıca olaraq sosial tədbirlərin səciyyələndirilməsi deməkdir. Çünki bizim iqtisadi uğurlarımız nə qədər çox olarsa, dövlət büdcəmizin gəlirləri nə qədər artırsa, o qədər də vətəndaşların sosial rifahının yüksəldilməsi, xüsusilə həssas təbəqəyə diqqət və qayğı daim öndə olur. Bunun bariz nümunəsi dövlət büdcəsindən 42 faizin sosial xərcləri təşkil etməsidir".

Deputat əlavə edib ki, Prezidentin sərəncamı ilə minimum əmək haqqı 400 manat, minimum pensiya 320 manat təsdiq olunub. Bu müvafiq olaraq hər iki sahədə, yəni həm pensiya, həm əmək haqqının artımı deməkdir. Əmək haqqı və pensiyanın artması digər kateqoriyadan olan müavinətlərə, eləcə də əmək haqlarına öz müsbət təsirini göstərəcək. Onun sözlərinə görə, son illərdə aparılan siyasətin bariz nəticəsi olaraq sosial sahədə 4 milyon vətəndaşımızı əhatə edən, manat ifadəsinə desək, 7 milyarddan çox vəsaiti özündə ehtiva edən böyük bir sosial zərfin şahidi olduq: "Prezidentin sərəncamı ilə sosial zərf təsdiq olundu. Bütün bunlarla yanaşı, bizim ən böyük uğurlarımız sırasında Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri də var. Məlumdur ki, indiyə qədər, yəni 2021-ci ildən bəri bu istiqamətdə 19 milyard manata yaxın vəsait ayrılıb. Bu ilin büdcəsindən də 4 milyard manat vəsait ayrılıb. Digər tərəfdən ordumuzun gücləndirilməsi və müdafiə qüdrətimizin daha da artırılması prioritet istiqamətlərdən biridir. Hərbi büdcəmiz bu il 8,4 milyard manat təşkil edir".

A.Hüseynov deyib ki, iqtisadi uğurlarımızın əsasında ölkə Prezidenti İlham Əliyevin müəllifi olduğu Azərbaycanın iqtisadi inkişaf modeli dayanır: "Bu iqtisadi inkişaf modelinin mahiyyəti də ondan ibarətdir ki, öz resurslarımız, öz potensialımız hesabına bütün layihələri həyata keçiririk, Azərbaycan dövlətinin iqtisadi baxımdan heç bir digər mərkəzdən, digər dövlətdən asılacağı yoxdur, Azərbaycan iqtisadi baxımdan tam müstəqildir, bu müstəqilliyimiz bizim həm də siyasi müstəqilliyimizi özündə ehtiva edir".

Deputat düşünür ki, bu il də iqtisadi temp davam edəcək: "Biz ötən ilin nailiyyətlərindən danışdıq, hər bir ötən il növbəti il üçün başlanğıc deməkdir. Ötən ilin uğurları bu il özünü daha parlaq göstərəcək. Biz dövlət büdcəmizdən danışdıq, qəbul edilən büdcə bu il üçün müəyyənləşib, eyni zamanda 2025-ci il ÜDM-nin 3,5 faizdən çox artacağı proqnozlaşdırılır. Sənaye sektorunda, kənd təsərrüfatında, turizmdə, iqtisadiyyatın bütün sahələrində biz dinamik inkişafın şahidi olacağıq. Eyni zamanda, bu ilin dövlət büdcəsində 17 faizdən çox investisiya xərcləri nəzərdə tutulub. Bu qoyulan investisiya xərcləri ölkə iqtisadiyyatının inkişafını təmin edəcək. Digər tərəfdən, məlumdur ki, bizim çox böyük meqalayihələrimiz mövcuddur. Yəni yaşıl enerji istiqamətində böyük addımlar atırıq. Həmçinin, o da aydındır ki, Azərbaycan alternativ enerjini ölkənin daxili tələbatını ödəməklə yanaşı, xaricə də bu məhsulları ixrac edəcək. Bu da ölkəyə önəmli şəkildə gəlir və xarici valyuta gətirən sahələrdən biridir. Azərbaycan getdikcə daha böyük nəqliyyat logistikasına çevrilir. Şərqlə Qərb, Şimalla Cənub arasındakı yükdaşımalarda Azərbaycanın coğrafi mövqeyi, eyni zamanda nəqliyyat logistikası çox böyük imkanlara malikdir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu sahədə önəmli işlərin görülməsini səciyyələndirən iqtisadi layihələrimizdən biridir".

A.Hüseynovun sözlərinə görə, Ələt Azad İqtisadi Zonası çox yaxın illərdə regionun ən böyük azad iqtisadi zonasına çevriləcək: "Qarabağda, Ağdamda, Cəbrayılda sənaye zonalarının, sənaye parklarının yaradılması və ölkənin digər iri şəhərlərində bu kimi böyük layihələrin həyata keçirilməsi ondan xəbər verir ki, əlbəttə, iqtisadiyyatımız daha da inkişaf edəcək, xüsusilə özəl sektor, qeyri-neft sektoru getdikcə ölkə iqtisadiyyatında önəmli xüsusi çəkiyə malik olacaq. Qeyri-neft sektorunun ölkənin ÜDM-də payının 75 faizdən çox olacağı proqnozlaşdırılır. Bu kimi addımlar atılacaqdır və atılan hər bir addım bizim iqtisadi gəlirlərimizi daha da artırır, qeyd etdiyimiz kimi, artan iqtisadi gəlirlərimiz vətəndaşlarımızın sosial rifah halının təmin olunmasına yönəldilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Yanvar 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see336

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see212

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see196

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see141

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see141

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see137

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see125

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see124

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see123

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see122

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see121

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see121

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see120

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see120

ABŞ Senatı respublikaçıların maliyyə qanun layihəsini səkkizinci dəfə rədd edib

15 Oktyabr 2025 03:14see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri