Icma.az
close
up
RU
525ci qəzet Umayra Tağıyeva: İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir

525ci qəzet Umayra Tağıyeva: İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqlim məlumatının və təhlükəli erkən xəbərdarlıq sistemlərinin uğurlu yaradılması təkcə hökumətlərdən asılı deyil.

525.az “Report”-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrə yüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu məsələ həm də yerli icmalar, milli, regional, çoxtərəfli və beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlar daxil olmaqla, maraqlı tərəflərin, vətəndaş cəmiyyəti və digər müvafiq aktorların fəal və davamlı cəlb edilməsindən, habelə biliyin səmərəli idarə edilməsindən asılıdır.

Nazir müavini bildirib ki, dünya artıq orta temperaturun, fəsillərin dəyişməsini, ekstremal hava hadisələrinin artan tezliyini və yavaş başlayan hadisələri yaşayır:

“Ölkələr və icmalar uyğunlaşma həlləri kimi erkən xəbərdarlıq sistemlərini inkişaf etdirməli və iqlim dəyişikliyinin cari və gələcək təsirlərinə cavab vermək üçün tədbirlər həyata keçirməlidir. Erkən xəbərdarlıq sistemləri prosesləri ən yaxşı mövcud elm və texnologiyalara əsaslanmalı və onları rəhbər tutmalıdır. Paris Sazişinə əsasən, Adaptasiya üzrə Qlobal Məqsəd müəyyən edilib”.

U.Tağıyeva vurğulayıb ki, ikiillik iş proqramının başa çatmasından sonra, COP28-də tərəflər BƏƏ Konsensusunun bir hissəsi olaraq Qlobal İqlim Dayanıqlığı üzrə BƏƏ Çərçivəsini qəbul etdilər:

“Həmin çərçivə iqlimə uyğunlaşma və dayanıqlıq üçün bir sıra hədəfləri ehtiva edir və erkən xəbərdarlıq sistemləri kimi uyğunlaşma tədbirlərinin daha çox həyata keçirilməsi üçün platforma təmin edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Noyabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see329

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see210

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see210

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see182

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see143

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see142

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see140

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see138

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see136

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see130

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see127

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see126

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see126

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see125

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see124

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see123

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see120

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri