525ci qəzet Venesuela Paraqvayla diplomatik əlaqələri kəsdi
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paraqvay prezidenti Santyaqo Penya Venesuela müxalifətinin lideri Edmundo Qonzalesi dəstəklədiyini elan etdikdən sonra Venesuela bu ölkə ilə diplomatik münasibətləri kəsdiyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Hil deyib.
“Venesuela Bolivar Respublikası beynəlxalq hüquqa və müdaxilə etməmək prinsipinə məhəl qoymayan Paraqvay prezidenti Santyaqo Penyanın bəyanatlarını qəti şəkildə rədd edir... Bu kontekstdə Respublika Paraqvay ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib. Diplomatik heyətin bu ölkədən dərhal çıxarılmasına başlanılır”, - deyə Venesuela XİN rəhbəri bildirib.
Xatırladaq ki, bundan əvvəl Latın Amerikasının doqquz ölkəsi Venesueladakı prezident seçkilərinin nəticəsini tanımadıqlarını açıqlamışdı.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 Yanvar 2025 01:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















