Icma.az
close
up
RU
525ci qəzet Xanımxatın jurnalistika Aytac Sahəd yazır

525ci qəzet Xanımxatın jurnalistika Aytac Sahəd yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aytac SAHƏD

Mediada gender bərabərliyinin durumuna dair təqdim olunan statistikaya görə, Azərbaycanın media sahəsində çalışanların 43 faizi qadınlar, 57 faizi kişilərdir. Faiz etibarilə qadınlar geri qalsalar da, ümumi vəziyyəti qənaətbəxş hesab etmək olar. Çünki aradakı fərq o qədər də böyük deyil. Düzü, bu rəqəmlər bir qadın olaraq məni sevindirir. Bu, həm də cəmiyyətimizdə qadının rolundan xəbər verir. Ancaq məsələnin iki tərəfi var. Bir tərəfi təqdir edəndə, gərək ikinci tərəfin də haqqını verək.

Bu gün mediada qadınların sayının çox olması həm qırılan, həm də qırılmayan stereotiplərin göstəricisidir. Sözü çox uzatmadan daha bir statistikaya istinad etmək istəyirəm.

Statistika jurnalistlərin 18 faizinin aylıq gəlirləri 300-500, 27 faizinin  500-700, 49 faizinin 700-1000 , 6  faizinin isə 1000 manatdan yüksək olduğunu deyir. Bu, son dövrlərin statistikadır. Etiraf edək ki, 700 manat maaş yaxşı yaşamaq üçün kifayət eləmir. Əgər sən yalnız öz rifahının qeydinə qalırsansa, bu pul sənə bəs edə bilər. Ancaq el dilində desək, “ailə saxlayırsansa”, 700 manatla dolanmaq müşkül məsələdir. 

Azərbaycanın ailə institutunda sözügedən vəzifəni əsasən kişilər icra edir. Məlum məsələdir ki, bu rəqəm onlar üçün motivasiya ola bilməz.

Statistikanı bir kənara qoysaq, müəyyən yaşı keçən kişi həmkarlarımın peşəsini dəyişdiyini, yaxud da müxtəlif qurumlara mətbuat katibi getdiyini çox görürəm. Jurnalist karyerasının ən aktiv dövründə işini dəyişən həmkarlarımı əvvəllər anlamasam da, indi çox gözəl başa düşürəm. Axı həyat təkcə redaksiyadan ibarət deyil.

Təbii ki, məlum statistikanı yalnız maddi yöndən şərh edə bilmərik. Bir çox məsələdə olduğu kimi, burada da mental səbəblər öz sözünü deyir. Bir kanalın, barmaq sayı qədər qəzetin olduğu dövrlə indiki dövrün təqdim etdiyi imkanlar xeyli fərqlənir. Onlayn medianın inkişafı ümumi prosesə öz töhfəsini verir. Saytların fəaliyyəti qadınlar üçün iş imkanlarını artırır.  Üstəlik, texnologiyanın inkişafı ofisdən çıxmadan da informasiya istehsalına şərait yaradır. Beləcə qadın jurnalistikamız da xanım-xatınlaşır. Bu da cəmiyyətin təməl prinsiplərinə zidd olmadığı üçün qadınların işini rahatlaşdırır.

Təəssüf ki, mövcud stereotiplər bir yerdə köməyimizə çatırsa, başqa bir yerdə maneəyə çevrilir.

Mediamızda gender bərabərliyinə dair başqa bir araşdırmada deyilir: “Tədqiqat nəticəsində müəyyən edilib ki, media subyektlərində idarəçi/qərarverici şəxslərin yalnız 21 faizi qadınlardır. 79 faizi isə kişilərdən ibarətdir. Media təşkilatları sahəsində də bənzər vəziyyət mövcuddur.

Burada rəhbər/qərarverici şəxslərin 20 faizi qadınlardır. Digər 80 faiz isə kişilərdən ibarətdir”.

Sözügedən statistikanın səbəbləri isə belə şərh olunur: “Qadın jurnalistlər adlarının hansısa skandallı informasiyalarda hallanmasından ehtiyat edirlər. 

“Ailəm icazə vermir” kultu cəmiyyətin əksər sferaları üçün hələ də keçərlidir. Bu cür hallarla qarşılaşmamaq üçün qadınlar KİV idarəçiliyi və rəhbərlikdə təmsil olunmaqdan yayınır, incə mövzulardan, məsələn, “incəsənətdən yazan jurnalist” kimi qalmağa üstünlük verirlər”. 

Təəssüf ki, bu fikirlər vergülünə qədər doğrudur. Xüsusilə də, sonuncu cümlə mənim lap qanımı qaraldır. Nədənsə bizdə həmişə mədəniyyətdən yazanlara qeyri-ciddi yanaşılır. Çoxları elə bilir ki, biz ancaq güldən-çiçəkdən yazırıq. Halbuki belə deyil. Mədəniyyət kifayət qədər intellekt və zəhmət tələb edən bir sahədir. 

Məncə, qadın jurnalistlərimiz nəinki mədəniyyətdə, istəsələr, siyasi, iqtisadi, hərbi, hətta kriminal sahədə də uğur qazana bilərlər. Bunu mən demirəm, beynəlxalq təcrübə deyir. Əgər dünyanın o biri başında Rebekka bunu bacara bilirsə, deməli, məsələnin cinsiyyətlə əlaqəsi yoxdur, problem yaşadığımız cəmiyyətin stereotiplərindədir.

Və ən əsası hər şeyi mühitin üzərinə də atmaq olmaz. Özümüz də nələrisə dəyişməyə cəhd etməliyik. Hərdən mənə elə gəlir ki, bizim xanımlarımız “zərif məxluq” tezisinin arxasında gizlənir. Üç-dörd saat artıq ayaq üstə dayananda, çətin şəraitdə işləyəndə, yaxud da uzaq ezamiyyətlərə gedəndə dünya dağılmır. Çünki müasir dövrün tələbləri bunu diktə edir. Nəticədə bizdən mamont parçalamaq tələb olunmur. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see322

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see166

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see114

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see113

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see112

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see111

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri