Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Danışır Fəxrəddin Manafov Aytac Sahəd yazır

Danışır Fəxrəddin Manafov Aytac Sahəd yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Aytac SAHƏD

Son dövrlər yerli telekanallarda yayımlanan verilişlərdən çoxluq narazıdır. Fikrimcə, bunun üçün yetərli arqumentləri də var. Bayağılıq, sosial şəbəkələrin boyat mövzuları, primitiv yanaşma kimi məqamlar verilişlərin keyfiyyətinə ciddi təsir edir. İlin-günün bu vədəsində televiziya kanallarımızda peşəkar iş görəndə sevinməmək mümkün deyil.

Bu yazımda məhz həmin peşəkar işlərdən biri haqqında danışacağam.

Söhbət ATV kanalında yayımlanan "Teatr" adlı telelayihədən gedir. Veriliş ənənəvi olaraq, Deklan Donnelanının "Teatr həyatın bir hissəsi deyil. Əksinə, həyat teatrın bir parçasıdır" sitatı ilə başlayır. Fonda eşitdiyimiz Xalq artisti Fəxrəddin Manafovun səsi bir neçə saniyə sonra görüntüsü ilə tamamlanır. Manafovun sənədlərlə tanış olduğu giriş hissəsini izləyərkən tamaşaçıda layihə haqqında müəyyən təsəvvür formalaşır. İlkin təəssüratlara əsasən, layihənin teatr tarixi haqqında olduğu fikri formalaşsa da, irəliləyən dəqiqələrdə baxış bucağının daha geniş əhatəsini görə bilirik.

Budur, Fəxrəddin Manafov səhnədədir. Zal boşdur, işıq onun üzərindədir. Verilişin belə bir ortamda çəkilməsi ideya ilə vizuallığın tamamlanması baxımından olduqca uğurlu seçimdir. Ancaq mənə bu layihəni sevdirən əsas məqam Fəxrəddin Manafovun səsidir. Verdiyi informasiya nə qədər dəyərli olsa belə, bir saata yaxın qulağa xoş gəlməyən səsi dinləmək çətin məsələdir. Xüsusilə bu tipli layihələrdə sözügedən məqam həlledici rol oynayır. Çünki demək olar ki, veriliş boyu yalnız monoloq dinləyir, bütün hekayəni bir adamın dilindən eşidirsən.

Digər bir əsas məsələ isə danışılan mövzunun nə qədər maraqlı olmasıdır. Verilişə baxarkən elə ilk beş-on dəqiqədə məlum olur ki, təqdim edilən bilgilər üzərində peşəkar komanda işləyir. Burada isə layihənin ideya müəllifi və rəhbərinin tanınmış teatr rejissoru, prodüser Ələkbər Tağızadə olduğunu vurğulamaq yerinə düşər.

Tutaq ki, verilişdə bir tamaşa növü haqqında danışılırsa, onun həm dünyada,  həm də Azərbaycandakı inkişaf tarixi barədə bəhs edilir. Hətta bir çox mövzularda Sovetlər dövrü Azərbaycanı ilə müstəqillik dövrü ayrı-ayrılıqda şərh olunur. Mövzunu əhatə etdiyi coğrafi areal və xronoloji ardıcıllıq baxımından sistematik formada təqdim etmək həqiqətən də asan məsələ deyil.

Layihədə diqqətimi çəkən digər bir nüans da montajdakı professionallıqdır. Bəhsi keçən teatr tamaşalarının görüntülərini müxtəlif mənbələrdən tapmaq və keyfiyyətli formada təqdim etmək peşəkar işin göstəricisidir. Hərdən layihədə rast gəldiyim nadir kadrlar məni çox təəccübləndirir. Görünən odur ki, yaradıcı heyət bu işin öhdəsindən yaxşı gəlir.

Veriliş zamanı səslənən faktların ədəbi şəkildə təqdimatını xüsusilə vurğulamaq istərdim. Məsələn, repressiya dövründə teatrımızın fəaliyyətindən danışarkən Fəxrəddin Manafov deyir: "Həmin vaxt Azərbaycan teatrının kulisində bəlkə də dövrünün ən böyük real faciələri oynanılırdı. Rollar tez-tez dəyişirdi. Bu gün ittiham edən sabah özü ittiham olunurdu. Qanla vəcdə gələnlərin alqışları altında pərdə enirdi və ya qalxırdı. Ən çətin, ən təhlükəli vəzifə isə millətin aydınlarının üzərinə düşürdü".

Bu çıxışdan sonra qeyd olunan tarixi faktlar, rəqəmlər, bir sözlə, informativ mətn insanı yormur, əksinə, daha çox maraq yaradır. Beləcə, tamaşaçı danışılan mövzunu həm emosional, həm də məntiqi yöndən mənimsəyə bilir.

Yaxşı olardı ki, proqramdakı informativlik yükünü nəzərə alaraq gedişatda müəyyən fərqliliklərə yer verilsin. Məlum məsələdir ki, bu tip layihələrin izləyici auditoriyası əsasən intellektual cəhətdən hazırlıqlı tamaşaçılardır. Buna baxmayaraq, ara-sıra müəyyən texnikalardan istifadə etmək verilişi daha axıcı və maraqlı edə bilər. Xüsusilə də, mövzunun hələ tam açılmadığı ilk hissədə müəyyən rəngarənglik yaratmaq olar ki, tamaşaçı gedişata adaptasiya olmaqda çətinlik çəkməsin. Bəzi buraxılışlarda bu tipli metodlardan istifadə olunub. Məsələn, Musiqili teatrdan bəhs olunan bölümün son hissəsində qonaq qismində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevi görürük.  Fəxrəddin Manafov onunla söhbəti zamanı deyir:

- Əslində, biz bir-birimizlə lap çoxdan tanışıq. Bu səbəbdən də, məncə, rəsmi müraciət yersiz olar.

- Bəli, bizim tanışlığımız düz 45 ildir. 1979-cu ildə Tədris teatrında işlədiyim vaxtlarda bir tamaşada oynamışıq. Hətta mənim haqqımda yazılan kitabda həmin tamaşadan şəkillər yer alıb. Orada siz də varsınız.

- Zəhmət olmasa, o kitabı sonra mənə də göstərərsiniz, o şəkilləri görmək istəyirəm.

İki sənətkarın söhbəti. Həm informativlik var, həm də nostalgiyanın gətirdiyi emosionallıq. Bu kimi detallar verilişə xüsusi rəng qatır. Fəxrəddin Manafovun yerinə ixtiyari bir aparıcı olsaydı, bəlkə də bu gediş riskli görünə bilərdi. Ancaq Xalq artistinin yaradıcılıq fəaliyyəti imkan verir ki, incəsənət sahəsindəki digər qonaqlarla da maraqlı söhbətlərə şahid olaq.

Sonda yaradıcı heyətə bir tamaşaçı olaraq minnətdarlığımı bildirirəm. Çəkilən zəhmətin bəhrəsi göz önündədir. Kapitalizmin əsas söz sahibi olduğu rəqabət mühitində belə maarifçi layihələrin həyata keçirilməsi təqdirəlayiqdir. Proqram Medianın İnkişafı Agentliyinin və Audioviziual Şuranın dəstəyi ilə hazırlanır. Buna görə hər iki quruma xüsusi təşəkkür düşür, çünki bu cür layihələrin davamlılığı üçün əlavə dəstək mütləqdir. Əgər bu iş kütlənin ümidinə qalsa, çətin ki, belə layihələrin davamı gələ. Sözügedən iddianın doğruluq payını müəyyən etmək üçün "YouTube" platformasında verilişin izlənmə sayına baxa bilərsiniz. Məsələn, layihənin Azərbaycan teatr tarixinin az qala bir əsri əhatə edən maraqlı bilgilərlə zəngin son buraxılışına cəmi 193 baxış var...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri