Icma.az
close
up
RU
Armud ağacı Aytac Sahəd yazır

Armud ağacı Aytac Sahəd yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aytac SAHƏD

İldə bir dəfə “Check up” müayinəsindən keçirəm. Bu il də istisna olmadı. Şükürlər olsun ki, yekunda ciddi bir problem çıxmadı. Ancaq budəfəki nəticələrdə əvvəlki müayinələrdə rastlaşmadığım məqamları gördüm. Nəticələr haqqında həkimlərlə apardığımız müzakirələrdə onların daha çox genetik faktorlara istinad etməsi xüsusilə diqqətimi çəkdi. Həkimlərin sözlərinə görə, erkən yaşda özünü göstərməyən problemlər zamanla üzə çıxır. Maraqlıdır ki, sağlamlığımda əvvəllər hiss etmədiyim, ancaq indi varlığından xəbər tutduğum həm müsbət, həm də mənfi məqamların çoxu irsiyyətlə bağlıdır. Məhz bu təcrübədən sonra ailənin insan həyatındakı rolunu daha yaxşı dərk etdim.

Təsəvvür edin, bu, hələ bizim kağız üzərində gördüyümüzdür. Bir də bunun görünməyən tərəf var. Hansı ki, ruhumuza, düşüncələrimizə, həyata baxışımıza yön verir. Yenə canımızda, qanımızda olan problemlərdən laboratoriyalar sayəsində xəbərdar olub buna uyğun davrana bilirik. Tutaq ki, hansısa xəstəliyə irsi meyilliliyini öyrənəndə, potensial təhlükəni neytrallaşdırmaq üçün imkan daxilində nəsə etməyə çalışırsan. Ancaq ailənin rolundan danışərkən, iş bitmir. Çünki ailədən yalnız bioloji yox, həm də sosial kimliyimizə təsir göstərən cəhətlər bizə miras qalır. Məhz bu məqam bir çox hallarda insan həyatında həlledici amilə çevrilir. Düzü, əvvəllər bu cür düşünmürdüm. Fərdiyyətçiliyə olan meylimdən dolayı bu düşüncə tərzinə yaxın iddialar mənə daha məntiqli görünürdü. Məsələn, ingilis filosofu Con Lokkun “ağ lövhə” nəzəriyyəsi. Bu nəzəriyyədə deyilir ki, uşaq doğulanda onun beyni ağ lövhə kimi təmiz olur. Zaman keçdikcə ətraf mühit ona təsir edir və xarakterini formalaşdırır. Lokk yazır: “Əgər biz sizinlə birlikdə Soldan körfəzində doğulmuş olsaydıq, bizim dünyagörüşümüz və düşüncəmiz orada yaşayan vəhşi qottentotların dünyagörüşündən artıq ola bilməzdi. Virciniya kralı Apocan İngiltərədə təhsil alsaydı, bəlkə də o, ən yaxşı riyaziyyatçı və mömin ola bilərdi. Bunların arasındakı fərq müəyyən qədər təhsilli ingilis ilə onların işini məhdudlaşdıran adətləri və baxışlarıdır. Buradan belə bir nəticə çıxır ki, insanın yaşadığı şərait onun inkişafına təsir edir. Deməli, hər şey təhsil və tərbiyədən asılıdır”.

“Ağ lövhə” nəzəriyyəsində mövzuya dair bir çox sualıma cavab tapdığım üçün Lokkun iddialarının həmişə ən doğrusu olduğunu düşünmüşəm. Həyatın başqa rənglərini tanıdıqdan sonra “ağ lövhə”nin həqiqət payını sorğulamağa başladım. Bu yolda isə müxtəlif ağlabatan arqumentlərlə rastlaşdım.

Məsələn, məşhur ingilis psixoloqu D.Şattlevort irsiyyət və mühit amillərinin fərdin əqli qabiliyyətlərinin formalaşmasında rolunu konkret rəqəmlərlə əsaslandırır. Şattlevort deyir ki, insanın inkişafında irsi amillərin rolu 64, ailə mühitinin təsiri 19, qarışıq amillərin təsiri isə 17 faizə bərabərdir.

Digər diqqətimi çəkən maraqlı arqument isə məşhur genetik Ayerbaxa aiddir: “Hər bir insan doğularkən həyata oyunçu oyuna kartlarla başladığı kimi, “əlində” genlərlə başlayır. Bəzən kartların paylanması elə pis ola bilər ki, hətta qaneedici uğuru əldə etmək belə, çətin olar. Yaxud da əksinə, heç bir səy göstərmədən böyük uğur qazana bilərsən”.

Ayerbaxın da dediyi kimi, necə bir həyat yaşayacağımız böyük mənada genlərimizdə daşıdığımız xüsusiyyətlərə bağlıdır. Bir sözlə, sənin atan, baban, yaxud da ulu baban hansısa sahədə bacarıqlı olubsa, deməli, sənin də bu sahədə uğur qazanmaq ehtimalın yüksəkdir. Gözəlliyin də genetik olmasını unutmaq olmaz.

Doğulduğumuz ev, tərbiyə aldığımız ailə, böyüdüyümüz mühit fərd olaraq formalaşmağımızda mühüm rol oynayır. Əlbəttə, hər şeyi soyadın üzərinə yıxmaq olmaz. Ad ki səninkidir. Dmitri də, Aleksey də Fyodor Pavloviç Karamazovun oğlanları idi. Ancaq Aleksey olmaq da asan deyil axı...

Çox vaxt həyatımızı erkən yaşdan mənimsədiyimiz həmin forma və normalara görə yaşayırıq. Təbii ki, həyatın sonrakı mərhələsində yiyələndiyi doğruları üstün tutub buna əsasən ömür sürənlər də var. Ancaq onların saylarının nisbətdə daha az olduğu danılmaz faktdır. Xüsusilə də, Şərq tərbiyəsinin aparıcı rol oynadığı bizim kimi cəmiyyətlərdə. Buralarda atanın-ananın doğrusu çox vaxt elə sənin doğruna çevrilir. Həyatının hansısa mərhələsində bunun yanlış olduğunu dərk etsən belə, ya qarşı çıxacaq cəsarəti özündə tapa bilmirsən, ya da ağ qarğa olmaqdan qorxub açılan cığırla gedirsən. Bir sözlə, özündən öncəkilərin səhv və düzlərinin varisinə çevirir həyat səni.

Varislikdən söz düşmüşkən, rifah məsələsini də unutmaq olmaz. Sirr deyil ki, insanın aid olduğun sosial sinif həyatına yön verən əsas amillərdən biridir. Burada söhbət yalnız pula sahib olmaqdan yox, ona həyatının hansı mərhələsində sahib olmaqdan gedir. Yəqin ki, siz də pulla sonradan tanış olan adamların çoxunun qeyri-adekvat davranışlarını müşahidə etmisiniz. Bunun əksinə olaraq maddi cəhətdən təminatlı ailələrdə böyüyən şəxslər, həyatın hansısa mərhələsində sahib olduqları maddi gücü itirib sonradan qazansalar belə, eyni cür davranmırlar. Yaxud da kasıb təbəqədən olan insanlar böyüdülmə tərzindən və ya aldıqları travmalardan dolayı bu qorxunu son nəfəsəcən özləri ilə daşıyırlar. Bir müəllimimiz danışırdı ki, uşaqlığı və gəncliyi sözlə təsvir olunmayacaq dərəcədə yoxsulluqla keçən nənəsi ömrünün sonuna kimi şkafda çörək gizlədirmiş. Bu davranış travma nümunəsi olmaqla bərabər, keçmişin bu gün və gələcək üzərində gücündən xəbər verir.

Deyir, doğulduğun evin yanındakı evdə belə dünyaya göz açsaydın, taleyin bambaşqa olardı. Sıradan bir fikir kimi səslənsə də, mahiyyətini varanda ağırlığını anlaya bilirsən. Məsələn, atan, yaxud anan o adam olmasaydı, həmin evdə böyüməsəydin, necə olardı həyatın?

İnsan övladı çox şeyi dəyişmək iqtidarındadır. Nəzərə alsaq ki, nə quldarlıq dövründəyik, nə feodelizmdə, deməli, bir çox şeyin ixtiyarı fərdin öz əlindədir. Ancaq təəssüf ki, məsələnin ən asan tərəfi məhz elə ən çətin görünənidir. Bəzi şeyləri sonradan dəyişə bilsək də, genetikamız və hələ körpə ikən aşılanan dəyərlərin qoyduğu izlər ömür boyu bizimlədir.

Qəribədir, sanki doğulanda öncədən biçilən taleyi əynimizə geyindirib bizi həyatın qucağına buraxırlar. Sən də elə bilirsən, yaşadığın taleyi seçən özünsən. Halbuki sən sadəcə seçilənsən. Deyəsən, insan da armud kimidir - yetişdiyi ağacın dibinə düşür...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see296

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see289

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see243

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see238

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see233

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see232

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see229

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see218

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see210

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see210

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see208

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see199

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see199

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see195

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see193

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see188

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see185

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see176

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see163

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri