Icma.az
close
up
RU
525ci qəzet Yüz yaşlı İstanbul Türkiyyat İnstitutu

525ci qəzet Yüz yaşlı İstanbul Türkiyyat İnstitutu

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

İlhamə ŞIXILI
Bakı Avrasiya Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Türkiyədə Cümhuriyyət qurulandan dərhal sonra Mustafa Kamal Atatürk ədəbiyyatşünas alim Mehmed Fuad Köprülüyə İstanbul Universitetinin nəzdində türk mədəniyyətini və incəsənətini tədqiq edəcək bir elmi müəssisə yaratmaq barədə təlimat verdi. M.F.Köprülü universitetdə hazırlıq işləri görərək Ulu öndərə hesabat təqdim etdi. Beləlikə, M.K.Atatürkün başçılığı ilə 1924-cü il 12 noyabr 1111-ci qərarına əsasən, İstanbul Universitetinin ədəbiyyat fakültəsinin nəzdində Türkiyyat İnstitutu yaradıldı. Türkiyə Respublikasında Nazirlər Şurasının qərarı ilə yaradılmış yeganə elmi qurum 1924-1981-ci illərdə Türkiyyat İnstitutu, 1981-ci ildə "Tədqiqat və Tətbiq Mərkəzi", 1988-ci ildə "Türkiyə Araşdırma və Tətbiq Mərkəzi", 1991-ci ildə isə Türkiyyat Araşdırmaları İnstitutu adlandırıldı. Türkiyyat İnstitutunun xüsusi loqosu Atatürkün özünün təyin etdiyi, əlində yanar məşəl tutan boz qurddur. "Boz qurd" türk mifologiyasında türk millətinin öncülü hesab olunur. Ə.Cəfəroğlu qeyd edir ki, boz qurd loqosu  türklüyün yenidən doğulmasının ifadəsidir. Yanan məşəl "bilik atəşi" simvoludur, türk alimlərinin türk dili, ədəbiyyatı, folkloru, mədəniyyəti və incəsənəti sahələrində araşdırmaları elm aləmini maarifləndirər, işıqlandırar, mənasını bildirir. 

Türkiyyat İnstitutu fəaliyyətinə İstanbul Universitetinin mərkəzi binasının girişindəki "Professorlar evi" adlanan binada başlayıb, 1948-ci ildə İstanbul Universitetinin yanındakı Seyid Həsən Paşa mədrəsəsinə köçürülüb, 1989-cu ildə Türkiyyat İnstitutu Horhorda, onun üçün xüsusi olaraq tikilmiş Suphi Paşa Konağı yanındakı binada yerləşdirilib və indiyə qədər fəaliyyətini burada davam etdirməkdədir.

İstanbul Türkiyyat İnstitutu yarandığı zamandan fəaliyyət proqramı qəbul etmişdi:

1. Türk dili və ədəbiyyatına dair qaynaqları araşdırılaraq nəşr etmək;

2. Türk dili mətnləri əsasında türk dili qrammatikası və lüğəti hazırlamaq;

3. Türk folklorunu toplamaq;

4. Türk mədəniyyəti, ədəbiyyatı və tarixi ilə bağlı tədqiqatlar aparmaq;

5. Türk mədəniyyəti ilə bağlı xarici dillərdə nəşr olunmuş elmi ədəbiyyatı türk dilinə çevirmək;

6. Türk mədəniyyətinə aid xaricdə dərc olunmuş nəşrlərin biblioqrafiyasını hazırlamaq;

7. Xüsusi türkoloji kitabxana, arxiv yaratmaq;

8. İnstitutda aparılan tədqiqatların nəticələrini dərc etmək;

9. Türk mədəniyyəti araşdırmalarını xaricdə təbliğ etmək üçün  "Türkiyyat" dərgisini nəşr etmək;

10. Daxildə və xaricdə türk mədəniyyəti sahələrində çalışan elm adamları və təşkilatlarla əməkdaşlıq yaratmaq, konqres və seminarlar təşkil etmək.

Türkiyyat İnstitutunda ilk araşdırmalar R.Hulusinin macar, Ə.Cəfəroğlu, A.İnann və H.Ortekinin rus, K.Burslan və K.Rıfətın ərəb dilində dünya mətbuatında türkologiyaya aid məlumatların türk dilində tərcümə mətnlərdən ibarət olub. Bu tədqiqat mərkəzinin ən fəal dövrü F.Köprülünnün direktor olduğu dövrdür. Ə.Cəfəroğlu xatirələrində yazırdı ki, o, gözlədiyimdən daha çalışqan və aktiv idi, günlərlə iş masasından ayrılmazdı. Türkiyyat İnstitutu arı pətəyi kimi işləyərdi. Elm öyrənmək üçün gəlib-gedənlərin sayı bilinməz, türkologiya ilə maraqlananlar ustadın ətrafına toplaşar, tez-tez seminar xarakterli müzakirələr təşkil olunardı.

İnstitut yarandığı dövrdən kitabxana, türk mədəniyyətinə, incəsənətinə dair qaynaqlardan ibarət arxiv yaratmaq məqsədilə türkologiyanın müxtəlif mövzularını əhatə edən əlyazma, kitab və məcmuələrin Türkologiya kitabxanasına gətirilməsinə başlanılır. Buranın əsas fondununu Şərq dilləri üzrə tədqiqatçı, xakas türklərindən olan rus türkoloqu, şərqşünası N.Katanova aid 7325 cildlik kitabxana təşkil edirdi. Dahi türkoloq sağlığında şəxsi kitabxanasını Azərbaycan Xalq Cümhuriyyətində yaradılacaq Elmlər Akademiyasının Türkologiya şöbəsinə təqdim edəcəyini bildirmişdi. Lakin AXC süquta uğradı, 1922-ci idə N.Katanov dünyasını dəyişdikdən sonra xanımı kitabxananı satışa çıxartdı. Türkiyənin səlahiyyətli nümayəndiliyi 3000 qızıl pul ödəyərək türkologiyaya dair rus və digər dillərdə nəşr olunmuş çox dəyərli qaynaqları Süleymaniyyə kitabxanasına təqdim etdi. H.Arel, H.Ongunsu, H.Uşaklıgil, azərbaycanlı Sultan bəy, A.Tanpınar, M.Yazar, O.Tuna, M.Ergin və O.Aslanapanın kolleksiyaları, universitetin Türk dili və ədəbiyyatı bölməsində yazılmış buraxılış, magistr və doktorluq dissertasiyaları da kitabxananın arxivinə aiddir. 1931-ci ildə 10 mindən çox kitab olan kitabxanada hazırda 70 mindən çox kitab var. 

İstanbul Türkiyyat İnstitutunun ilk direktoru dünya şöhrətli türkoloq, ədəbiyyatşünas, tarixçi, siyasətçi M.F.Köprülü türkçülük ideyalarını müxtəlif toplumlarda nəşr etdirib, cümhuriyyətin maarifçilik siyasətini həyata keçirən elmi heyətin üzvü olub. O, dünya şöhrətli alim Ə.Yəsəvi, Y.Əmrə ilə bağlı ciddi tədqiqatlar aparıb, "Türk ədəbiyyatnda ilk mütəsəvviflər" kitabı ilə türkologiya sahəsində böyük şöhrət qazanıb. Birinci Dünya müharibəsi illərində F.Köprülü İstanbula gələn türkoloqlarla görüşüb, onun V.F.Gize, J.Deni, V.Qordlevski, F.O.Bartoldla Karacson ilə səmimi münasibətləri olub.

M.F.Köprülü Azərbaycan türkcəsinin müxtəlif dialektlərini, Cənubi Azərbaycanda yaşayan qaşqayların ləhcəsini, İraq türklərinin, Şərqi Anadolu şivələrini tədqiq edib.

M.K.Atatürk F.Köprülüyə qurtuluş illərində yazdığı "Türk ədəbiyyatı tarixi", "Türkiyə tarixi" kitablarına görə təbrik məktubu göndərib. Dünya şöhrətli alim 1925-ci ildə Sovetlər birliyinin Elmlər Akademiyası tərəfindən Akademiyanın 200 illik yubileyinə dəvət edilib, elmi xidmətlərinə görə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilib, 1948-ci ildə isə siyasi səbəblərə görə Akademiyanın üzvlüyündən xaric olunub. Tanınmış türkoloq Bakıda keçirilən I Türkoloji Qurultayda "Türk xalqlarının ədəbi dilinin inkişafı" adlı məqalə ilə çıxış edib. Bu illərdə F.Köprülü Haydelberq Universiteti, Oksford Şərqşünaslar İnstitutu, Xarkov Şərqşünaslıq İnstitutu konfranslarına dəvət olunub, Türkiyədə keçirilən I Türk Dili (1931), I Türk Tarixi qurultaylarında (1939) fəal iştirak edib. Böyük alim tədqiqatlarında türk xalqlarının ədəbiyyatına xüsusi önəm verib, Azərbaycan ədəbiyyatına dair "Ən əski türk azəri şairi Həsənoğlu", "Külliyati-Füzuli", "Azərbaycan ədəbiyyatına aid tədqiqlər" əsərləri ilə Azərbaycanda məşhurlaşıb. Böyük türkoloqun Orta Asiya türk xalqları ədəbiyyatı, tarixi, etnoqrafiyası, dil tarixi, tarixi terminologiya, türkologiya tarixi, həmçinin türk sənət tarixi, türk tikmə tarixi, klassik türk musiqiləri və s. sahələri əhatə edən araşdırmaları türkologiya üçün böyük əhəmiyyətə malikdir.

F.Köprülü Tehranda Ə.Firdovsinin 1000 illiyinə həsr olunan yubileydə Türkiyəni layiqincə təmsil edib,  Osmanlı İmperiyasının dövlət quruluşu ilə bağlı məruzə etmək üçün Parisə dəvət alıb, bu universitetin fəxri doktoru dərəcəsi ilə mükafatlandırılıb. Dahi alim Afina Universitetinin fəxri doktoru, müxbir üzvü, Macarıstan EA-nın, Amerika Şərq cəmiyyətinin fəxri üzü adına layiq görülüb. Tanınmış türkoloq 1941-ci ildən ömrünün sonunadək İslam Ensiklopediyasının redaksiya heyətinin üzvü olub. O, Türkiyədə Beynəlxalq Şərqşünaslar Konqrensinin keçirilməsində mühüm rol oynayıb, Amerika Tarix Cəmiyyətinin Fəxri üzvü, Macarıstan EA-nın müxbir üzvü seçilib.

İstanbul Türkiyyat İnstitutuna müxtəlif dövrlərdə dünya şöhrətli türkoloqlar rəhbərlik ediblər:  F.Köprülü, R.Arat, İ.Ertaylan, C.Baysun, F.İz, Ə.Cəfəroğlu, M.Kaplan, S.Buluc, Ə.Alparslan, M.Tulum, K.Eraslan, O.Sertkaya və başqaları.

Türkiyyat İnstitutunun direktorlarından biri İstanbulda yaşayan, əslən Gəncə şəhərindən olan azərbaycanlı mühacir, dünya şöhrətli türkoloq Ə.Cəfəroğlu olub. O, könüllü olaraq Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunda Bakının daşnak və bolşevik işğalından azad edilməsində iştirak edib, Bakı Universitetinin Tarix-filologiya fakültəsinə (Şərqşünaslıq) daxil olub, AXC süqut etdiyindən Türkiyəyə gedib, İstanbul Universitetinin Dil-ədəbiyyat fakültəsində təhsil alıb, məşhur türkoloq F.Köprülünün tələbəsi olub, İstanbul Universitetini bitirərək Türkiyyat İnstitutunda çalışıb, sonra Almaniyaya gedərək türkologiya üzrə təhsilini davam etdirib, V.B.Kaup, A.Fon Le Koç, Vasmer, F.Gize, K.Brokelmandan dərs alıb. Ə.Cəfəroğlu Breslau Universitetində məşhur şərqşünas F.Gizenin rəhbərliyi altında "Gəncə dialektində 75 Azərbaycan bayatı-türküsü - Bir dil araşdırması ilə" mövzusunda dissertasiyasını müdafiə etdikdən sonra Türkiyəyə qayıdaraq İstanbul Universiteti Türk dili və ədəbiyyatı kafedrasının professoru və bu kafedranın müdiri olub. Ə.Cəfəroğlu türkologiyaya aid 350-dən artıq elmi məqalə yazıb, yarandığı gündən Türk Dil Qurumunun üzvü olub. Böyük türkoloq Polşa Şərqşünaslar Cəmiyyətinin, Polşa Elmlər Akademiyasının müxbir üzvü, Macarıstan Elmlər Akademiyasının, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü, Ural-Altay Cəmiyyətinin, Buenos-Ayresdəki "Turan" cəmiyyətinin fəxri üzvü, Beynəlxalq Onomastika Cəmiyyətinin Türkiyə nümayəndəsi, Latın Linqivistika Cəmiyyətinin Türkiyə təmsilçisi seçilib. Ə.Cəfəroğlu İstanbulda "Azərbaycan Yurd Bilgisi" dərgisini nəşr etdirib. O, türk dili tarixi, əski türk şivələri, türk onomastikası, Azərbaycan dili, ədəbiyyatı və dialektologiyası, Anadolu türkcəsi və dialektologiyası və digər mövzularda dəyərli məqalələr yazıb. Rus, alman, fransız dillərini bilən Ə.Cəfəroğlu təqaüdə çıxana qədər İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun direktoru vəzifəsində çalışıb. Türkoloq 25 ildən çox Anadoludan topladığı dialekt materiallarını "Anadolu dialektlərindən seçmələr" adı ilə 9 kitab nəşr etdirib.

Türkiyyat İnstitutun fəaliyyət proqramına uyğun 1925-ci il avqust ayında "Türkiyyat" məcmuəsi nəşr olunub. Dərgidə türk dili, ədəbiyyatı, tarixi, coğrafiyası və digər sahələrlə bağlı yerli və xarici alimlərin rəy və tədqiqatları, Avropada, Asiyada türkoloji araşdırmalara dair xəbərlər, dəyərli məqalələr beynəlxalq standartlara uyğun şəkildə işıq üzü görürdü. Məcmuə türk, Azərbaycan, qazax, qırğız, özbək, türkmən, tatar, eləcə də Avropa dillərində, fransız, alman, ingilis, rus dillərində mütəmadi şəkildə nəşr edilirdi.

Türkiyyat İnstitutunun "Avrasiya Araşdırmaları dərgisi" 2012-ci ildən çap olunur. Beynəlxalq resenziyalı jurnal Avrasiya ilə bağlı ictimai, siyasi və iqtisadi sahələrdə elmi araşdırmaları akademik dünya ilə paylaşır, ildə iki dəfə, mart və sentyabr aylarında yayımlanır.

1977-ci ildən başlayaraq Türkiyyat İnstitutunda hər üç ildən bir Beynəlxalq, hər il isə Milli Türkologiya konfransı keçirilməsi qərara alınıb, bu konfranslar indiyə qədər təşkil olunmaqdadır.

Bu il - 2024-cü il noyabrın 12-də M.K.Atatürkün sərəncamı ilə yaradılan Türkiyyat İnstitutunun 100 yaşı tamam oldu. Bu elm ocağının gərgin əməyi sayəsində Türkiyədə və bir çox ölkələrdə türkologiyaya maraq artıb, Yaponiyadan ABŞ-yə qədər xarici ölkələrdə türkoloji araşdırmalara böyük önəm verilib. Müxtəlif ölkələrdə türkologiya elmi ilə məşğul olan institutlarda və tədqiqat mərkəzlərində türklərin dili, ədəbiyyatı, tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı araşdırmalar artıb. Bütün bu işlərdə İstanbul Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun fəaliyyəti əvəzsizdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:296
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Noyabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri