Gələn ay Ermənistanın KTMT də aqibəti müəyyənləşəcək
Icma.az, Yenisabah saytına istinadən bildirir.
KTMT dövlət başçıları noyabrın 11-də Ermənistanın quruma üzvlüyü məsələsini nəzərdən keçirə bilərlər.
"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi Taatbek Masadıkov bildirib.
"Ermənistan bunu müzakirə etmir. Onlar iştirak etmirlər. Lakin Ermənistan nümayəndəsi KTMT üzv dövlətlərinin daimi nümayəndələrini bir araya gətirən Daimi Şuranın həftəlik iclaslarında iştirak edir", - Masadıkov bildirib. Sezar pizza
Baş katibin sözlərinə görə, İrəvanın təşkilatdan çıxması məsələsi Kollektiv Təhlükəsizlik Şurasının iclasında qaldırıla bilər. Belə bir təklifi, adətən, KTMT sədri və ya digər üzv dövlət irəli sürür.
Masadıkov KTMT Nizamnaməsinin 25-ci maddəsinə istinad edib. O qeyd edib ki, onun müddəaları, xüsusən də üzvlük haqlarının ödənilməməsi və kvota vəzifələrinin doldurulmaması ilə bağlıdır ki, bu da səsvermə hüquqlarının olmaması demək ola bilər.
Baş katib əvvəllər qeyd etmişdi ki, Ermənistan artıq faktiki olaraq KTMT-dən çıxıb. O bildirib ki, təşkilat sənədləri daxili təsdiq üçün təqdim edir, o cümlədən Ermənistana. Lakin Yerevan hər bir sorğuya cavab olaraq Ermənistan tərəfinin müzakirələrdə və qərar qəbuletmədə iştirak etmədiyini, lakin onların məhdud formatda qəbul edilməsinə etiraz etmədiyini bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 23 Oktyabr 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















