53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib Yeni Çağ Media
Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 10 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 165,6 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənişinin gecikdirildiyini müəyyən edib.
Bu barədə Yenicag.az-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmətin gördüyü tədbirlər nəticəsində aidiyyəti işəgötürənlər tərəfindən həmin vəsait işçilərə ödənilib. Vəsaitin 86 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Cari ilin yanvar-oktyabr aylarında 53 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin gördüyü tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 Noyabr 2024 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















