53 yaşlı mafiya başçısı Beynəlxalq Münasibətlər fakültəsindən məzun oldu
Icma.az, Lent az saytına istinadən bildirir.
Beynəlxalq cinayətkar dəstənin lideri Sedat Pekerin yaşadığı Birləşmiş Ərəb Əmirliklərində universitet bitirməsinə dair məlumat yayılıb.
Lent.az xəbər verir ki, BƏƏ-də yaşayan və qırmızı bülletenlə axtarışda olan cinayətkar dəstənin lideri Sedat Peker universitetin Beynəlxalq Münasibətlər fakültəsini bitirib.
Universiteti bitirərək məzun olan Peker məzuniyyət fotosunu ailəsi ilə paylaşıb.
Sedat Pekerin oğlu Boğaçhan Talha Peker sosial media hesabında bu sözləri yazıb:
"Atamın məzuniyyət yeməyindəyik. İnşallah mən də sənin yolunu gedəcəyəm və universitetin Beynəlxalq Əlaqələr fakültəsini bitirəcəm. Səninlə çox qürur duyuram, əziz atam."
Məlum olduğu kimi 53 yaşlı Sedat Peker Türkiyədə Kadıköy İntaş Liseyində oxuyub.
Pekerin BƏƏ-də hansı universiteti bitirdiyi məlum deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 02 Fevral 2025 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















