Icma.az
close
up
RU
Dünyada beynəlxalq münasibətlər sistemi çökür Əli Əhmədov

Dünyada beynəlxalq münasibətlər sistemi çökür Əli Əhmədov

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“İstər Ukraynada, istərsə də Qəzzada dinc sakinlərin qətli dünyada beynəlxalq münasibətlər sisteminin çökdüyünün bariz nümunəsidir”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda Beynəlxalq Dəyirmi Masa Müzakirəsində bildirib.

O əlavə edib ki, İkinci Dünya Müharibəsindən sonra dünya nizamını möhkəmləndirmək üçün yaradılan beynəlxalq münasibətlər sistemi hazırda yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir:

“Azərbaycanın müstəqilliyini qazanması Azərbaycanın özü üçün önəmli olduğu kimi, Türkiyə üçün də mühüm hadisə idi. Azərbaycan-Türkiyə qardaşlığı bütövlükdə Türk dünyasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasında dostluq inkişaf etdikcə hər iki dövlət beynəlxalq münasibətlər sistemində daha ciddi rol oynamaq imkanı qazanırlar. İstər Azərbaycan, istərsə də Türkiyə vətəndaşları bunu dəfələrlə nümayiş etdiriblər. Türk qardaşlarımız vaxtilə Nuru Paşanın rəhbərliyi altında Bakı şəhərinin işğaldan azad edilməsinə nail olublar. Bizim öndərlərimizin vəsiyyət və sözləri dostluğumuzun böyük gələcəyi olduğunu deməyə vadar edir. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bütövlükdə bizim həyat fəlsəfəmizə çevrilib. Bugünkü konfrans Azərbaycan Parlamentinin 106-cı ildönümünə təsadüf edir. Dünyada baş verən dəyişikliklər bəzi hallarda insanlara yaralar və ağrılar gətirir. İkinci Dünya Müharibəsindən sonra dünya nizamını möhkəmləndirmək üçün yaradılan beynəlxalq münasibətlər sistemi hazırda yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir. Düşünürəm ki, dünya bu reallığı qəbul etməyə məcburdur. İstər Ukraynada, istərsə də Qəzzada dinc sakinlərin qətli dünyada beynəlxalq münasibətlər sisteminin çökdüyünün bariz nümunəsidir. Ayrı-ayrı dövlətlərin içərisində olduğu proseslərdə parlamentlərin rolunu artırmağa ehtiyac var. Azərbaycan yalnız öz torpaqlarını işğaldan azad etməyib, həm də təcavüzə qarşı ədalətli müharibə aparmaq nümunəsi göstərib. Nəticədə Qafqazda sülh və əməkdaşlığın güclənməsi üçün real imkan yaranıb. Dövlətlərin daxili işlərə qarışmasından nə qədər insanın əziyyət çəkdiyini görürük. Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsi üçün səylərin artırılmasına ehtiyac var. Türkiyə və Azərbaycan parlamentlərinin birgə fəaliyyəti ölkəmizə qarşı nümayiş etdirilən haqsızlıqlara qarşı effektiv mübarizə aparılmasına mühüm töhfə verəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri