Icma.az
close
up
RU
54 yığma, 192 oyun və Rusiyasız növbəti seçmə turnir

54 yığma, 192 oyun və Rusiyasız növbəti seçmə turnir

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2022-ci ilin fevralından bəri Ukrayna ərazisini işğal etmək üçün dağıdıcı müharibəyə başlayan Rusiyanın futbol yığması DÇ-2022 və AÇ-2024-ün ardından daha bir böyük turnirdən kənarda qalacaq.

UEFA noyabrın 11-də bu quruma üzv olan milli federasiyaların prezidentlərinə və baş katiblərinə göndərdiyi sirkulyar məktubda DC-2026-nın seçmə mərhələsinin püşkatması ilə bağlı bütün əsas məqamları çatdırıb. Xatırladaq ki, dekabrın 13-də Sürixdə keçiriləcək püşkatma mərasimi Mərkəzi Avropa vaxtı ilə 12.00-da (Bakıda 15.00) başlayacaq.
Sirkulyar məktubda hər birində 4 və ya 5 yığmanın yer alacağı 12 qrupun yaradılacağı, seçmə mərhələnin 192 oyundan ibarət olacağı yazılıb. Bu o deməkdi ki, UEFA 5 komandalı 6 və 4 komandalı 6 qrup yaradacaq.
Fələstinlə silahlı münaqişəni davam etdirən İsrail də püşkatma mərasiminə buraxılacaq. Heç bir seçmə qrupda ikidən artıq “qış ölkəsi” (Belarus, Estoniya, Farer adaları, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Ukrayna) ola bilməz. Bir qrup ölkə də var ki, onlarda vaxt Mərkəzi Avropadakından fərqlənir, həmin ölkələrdə oyunların başlama vaxtı tənzimlənir. Bunlar Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Belarus və Türkiyədi.
Artıq Azərbaycan yığmasının DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət də dəqiqləşib. Santuşun rəhbərlik etdiyi komanda 4-cü səbətdə olacaq. Bu isə o deməkdi ki, 5 komandalı qrupa düşəcəyimiz təqdirdə aşkar zəiflərdən Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn və San Marinodan biri bizə rəqib ola bilər.
1-ci səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya.
2-ci səbət: Türkiyə, Ukrayna, İsveç, Uels, Macarıstan, Serbiya, Polşa, Yunanıstan, Rumıniya, Slovakiya, Çexiya, Norveç.
3-cü səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Şimali Makedoniya, Gürcüstan, Finlandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Hersoqovina, İsrail.
4-cü səbət: Bolqarıstan, Lüksemburq, Kosovo, Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Cənubi Kipr, Farer adaları, Latviya, Litva.
5-ci səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn, San Marino.
Seçmə mərhələnin oyunları gələn ilin martında start götürəcək. 12 qrupun qalibləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanacaq. 2-ci yeri tutan komandaları isə pley-offda DÇ-yə vəsiqə uğrunda mübarizəni davam etdirəcək.
Xatırladaq ki, final mərhələsinə Avropadan 16 yığma qatılacaq, ümumiyyətlə, turnirdə ilk dəfə 48 yığma iştirak edəcək. DÇ 2026-cı ilin 11 iyun – 19 iyul aralığında ABŞ, Meksika və Kanadada keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2024 01:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri