56 bal toplayan müəllimdən sertifikasiya ilə bağlı iddialı AÇIQLAMA
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İxtisasını bilən hər kəs bu sualları rahatlıqla cavablandıra bilərdi”.
Redaktor.az xəbər verir ki, Bakı şəhəri 30 nömrəli tam orta məktəbin musiqi müəllimi Vüsalə İsgəndərova sertifikasiya imtahanından sonra azedu.az-a təəssüratlarını bölüşüb.
O bildirib ki, imtahanda 56 bal toplayıb və prosesin təşkilindən razı qalıb:
“Hər şey çox yaxşı təşkil olunmuşdu. Suallar əsasən orta məktəb dərslikləri əsasında tərtib edilmişdi və çətin deyildi. İxtisasını bilən hər kəsin cavablandıra biləcəyi suallar idi”.
Müəllimin sözlərinə görə, bəzi suallar iştirakçıları daha çox düşünməyə vadar etsə də, bu, imtahanın rəqabət mühitinin təmin olunması baxımından təbii haldır.
“Bir neçə sual düşündürücü ola bilərdi. Bu da təbii ki, imtahanda fərqləndirməni və rəqabəti təmin etmək məqsədi daşıyır”, - deyə o qeyd edib.
Sertifikatlaşdırma prosesinin əhəmiyyətindən danışan V.İsgəndərova bu qiymətləndirmənin müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərdiyini vurğulayıb:
“Düşünürəm ki, sertifikasiya çox önəmlidir. Müəllimlər bu proses vasitəsilə biliklərini yenidən xatırlayır, öz üzərlərində işləyirlər. Eyni zamanda əməkhaqlarının artmasına da səbəb olur”.
Sonda müəllim sertifikasiya prosesində iştirak edən bütün həmkarlarına uğurlar arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 İyun 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















