Sertifikasiya imtahanında yüksək bal toplayan bu müəllimlərə xüsusi imtiyazlar verilməlidir AÇIQLAMA
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Sertifikasiya imtahanında yüksək bal toplayan müəllimlərin yerlərinin dəyişdirilməsində xüsusi güzəşt və imtiyazlar olmalıdır".
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.
Onun fikrincə, əgər hər hansı bir imtahan müsabiqə nəticəsinə əsasən ən yüksək bal toplayan və yaxud da müsabiqə şərtlərini ödəyən namizədlər digərlərinə nisbətdə üstünlük əldə edirsə, eləcə də, sertifikasiya imtahanından hər fənn üzrə ilk 3 yeri tutan müəllimlərə istədiyi ümumtəhsil məktəblərində işləməsi üçün yerdəyişmədə imtiyaz verilməlidir.
"Necə ki, MİQ imtahanında, qəbul imtahanlarında yüksək bal toplayan şəxslər ilk yazdığı yerə qəbul olunursa, sertifikasiya imtahanında da ən yüksək nəticə əldə edən müəllimlərə istədikləri təqdirdə bu kimi imtiyazlar verilməlidir", - deyə R.Nurəliyev təklif edib.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 06 Fevral 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















