Icma.az
close
up
RU
5G bağlantısı haqqında doğru bilinən 5 böyük səhv

5G bağlantısı haqqında doğru bilinən 5 böyük səhv

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Yüksək sürətli şəbəkələrin batareyanın sağlamlığını pozduğu ilə bağlı iddialar istifadəçiləri narahat etməkdə davam edir. İlk nəsil çiplərlə bağlı problemlərdən qaynaqlanan bu miflər səbəbindən bir çox insan cihazlarının təqdim etdiyi ən mühüm texnoloji üstünlüklərdən birindən, yəni 5G bağlantısından istifadə etməməyə üstünlük verir.
Demokrat.az
xəbər verir ki, texnologiyanın ilk dövrlərində zəif əhatə dairəsi və tez qızan çiplər batareyaların 4G ilə müqayisədə daha sürətlə tükənməsinə səbəb olurdu. Aradan keçən illərə baxmayaraq, həmin ilk təəssüratlar ağızdan-ağıza yayılaraq bu günə qədər gəlib çatıb.
Müasir şəraitdə isə vəziyyət xeyli fərqlidir. Yeni nəsil çipsetlər sayəsində 4G və 5G arasındakı enerji sərfiyyatı fərqi demək olar ki, nəzərəçarpacaq səviyyədə deyil. Batareyanın sürətlə tükənməsində şəbəkəni günahlandırmaq əvəzinə tətbiqlərdən istifadə vərdişlərinə və ekran müddətinə diqqət yetirmək daha doğrudur.
Səhv 1: 5G 4G-dən daha çox batareya sərf edir
Ən geniş yayılmış fikirlərdən biri 5G bağlantısının hər şəraitdə həddindən artıq enerji sərf etməsidir. Lakin araşdırmalar ümumi batareya istifadəsindəki artımın cəmi 6-11 faiz arasında olduğunu göstərir.
İlk illərdə yadda qalan yüksək enerji sərfiyyatı maneələri aşmaqda çətinlik çəkən ultra yüksək tezliklərdən qaynaqlanırdı. İstifadəçilərin əksəriyyətinin gündəlik yararlandığı aşağı və orta diapazonlar enerji sərfiyyatı baxımından 4G-yə çox bənzər şəkildə işləyir. Yalnız yüksək diapazonlar əlavə enerjiyə ehtiyac duyur.
Telefon bu tezliklərə qoşulduqda belə, müasir avadanlıqlar köhnə nəsil modemlər kimi batareyanı sürətlə tükəndirmir.
Səhv 2: Telefon gözləmə rejimində olarkən də batareyanı tükədir
Cihaz istifadəsiz vəziyyətdə olduqda belə avadanlığın arxa planda batareya sərf etməyə davam etdiyi düşünülür. Əslində telefon gözləmə rejiminə keçdikdə modem sistemi minimum enerji rejiminə keçir.
Gecə ərzində baş verən enerji itkisinin əsas səbəbləri isə arxa planda məlumatları yeniləyən tətbiqlərdir. Bildirişlər və sinxronizasiya prosesləri səssiz şəkildə enerji sərf etdiyi halda, bunun günahını şəbəkənin üzərinə atmaq düzgün deyil.
Səhv 3: Yüksək yükləmə sürəti birbaşa daha çox batareya sərfiyyatına səbəb olur
Sürət artdıqca enerji sərfiyyatının da eyni nisbətdə yüksəldiyi düşünülür. Lakin məlumat ötürmə sürəti ilə enerji sərfiyyatı arasında birbaşa əlaqə yoxdur.
Yüksək sürət cihazın yükləmə prosesini daha qısa müddətdə başa çatdıraraq yenidən aşağı enerji rejiminə keçməsinə imkan verir. "Telefónica" tərəfindən aparılan araşdırmalar məlumat trafiki nəzərə alındıqda bu infrastrukturun 90 faiz daha səmərəli olduğunu göstərir.
Batareyanın daha tez tükənməsinə səbəb olan əsas amil isə yüksək sürətin yaratdığı istifadə vərdişləridir. Sürətli bağlantı insanları daha çox video izləməyə və iri həcmli fayllar yükləməyə sövq edə bilər. Bu halda batareyanı tükədən şəbəkənin özü deyil, telefondan istifadə müddətinin artmasıdır.
Səhv 4: Davamlı istifadə batareyanın sağlamlığını qalıcı şəkildə pozur
5G-nin litium-ion batareyaların kimyəvi quruluşunu pozduğu və cihazın ömrünü qalıcı şəkildə qısaltdığı iddia olunur. Halbuki batareya tutumunun zamanla azalmasına əsasən şarj dövrləri, həddindən artıq temperatur və cihazın yaşı təsir edir.
Qoşululan şəbəkə növünün batareyanın kimyəvi qocalmasına birbaşa mənfi təsiri yoxdur. Həddindən artıq qızma batareyanın sağlamlığına təsir göstərə bilsə də, bunun texnologiyanın özündən çox konkret modelə xas proqram təminatı problemləri ilə əlaqəli olduğu bildirilir.
` 5: 5G-ni söndürmək ən məntiqli həll yoludur
Ən çox verilən tövsiyələrdən biri 5G-ni tamamilə söndürərək 4G-yə keçməkdir. Bu yanaşma mövcud olmayan problemi həll etmək naminə daha üstün bağlantı imkanlarından imtina etmək deməkdir.
Bunun əvəzinə cihazlarda mövcud olan ağıllı şəbəkə rejimlərini aktivləşdirmək daha məqsədəuyğundur. Siqnalın çox zəif olduğu ərazilərdə telefonun davamlı olaraq şəbəkə axtarmasının qarşısını almaq üçün 5G-ni müvəqqəti söndürmək faydalı ola bilər.
Digər hallarda isə cihazın proqram təminatını aktual saxlamaq və batareyaya qənaət etmək üçün tətbiqlərin icazələrini məhdudlaşdırmaq daha effektiv nəticə verə bilər.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Avqust 2026 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see293

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see290

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see285

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see270

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see259

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see256

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see244

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see240

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see239

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see238

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see224

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see223

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see222

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see222

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see219

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see213

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see211

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see208

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see207

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri