Icma.az
close
up
RU
6 ayda Azərbaycanda 22 min insanı it qapıb TƏFƏRRÜAT

6 ayda Azərbaycanda 22 min insanı it qapıb TƏFƏRRÜAT

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Paytaxtın müxtəlif ərazilərində sahibsiz itlərlə bağlı şikayətlər bitmir. 2025-ci ilin ilk altı ayı ərzində ölkə üzrə 22 min 406 nəfərdə heyvan dişləməsi halları qeydə alınıb. Bu statistika problemin həcmini və ciddiliyini bir daha ortaya qoyur.

Bununla belə, şəhər küçələrində sahibsiz, nəzarətsiz və peyvəndsiz itlər hələ də narahatlıq yaradır. Onların xüsusilə axşam saatlarında qruplaşaraq insanların gediş-gəlişinə mane olması, həm də bəzi hallarda aqressiv davranışlar sərgiləməsi sakinlərdə qorxu hissi yaradır.

Məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov Musavat.com-a danışıb:

“MDB ölkələrinin əksərində sahibsiz küçə itləri problemi aradan qaldırılıb. Bunun üçün 3 amil mütləqdir. Birincisi yerli hakimiyyət orqanlarının məsələyə doğru yanaşması, digəri qanunvericilikdə problemin həlli yolu, sonuncu və ən əsası cəmiyyətdir. Cəmiyyət bu məsələlərdə ən yaxın köməkçi olmalıdır”.

S.Məmmədov itlərin aqressivliyinin əsas səbəbini insanlarda görür:

“İtlərin aqressiv hərəkətləri bizim onları güllələməyimizdən, qovmağımızdan, ac, susuz saxlamağımızdan əmələ gəlir.

Gürcüstanda küçə itləri heç nədən çəkinmir, peyvəndli halda küçələrdədir. İnsanlar davamlı onları yedizdirir”.

Sahib Məmmədov küçə heyvanlarının hər birinə sığınacaqda yer ayıra bilməsək belə, peyvəndlənmənin mütləq və real olduğunu vurğulayıb:

“Kommunal xidmətlər peyvəndləmə əvəzinə heyvanları güllələyir. Həyatda qalanlar təkrar çoxalır. Bu onu göstərir ki, problemin həlli yolu deyil. COP zamanı da bu məsələ xarici media tərəfindən tənqid olundu. Məsələyə ciddi yanaşılmalıdır”.

S.Məmmədov təklif verib:

“Hər bir rayonda heç olmasa bir sığınacaq yaradılmalıdır, peyvənd və qısırlaşması isə mütləq hal olmalıdır. İnsanlar heyvanları öldürmək əvəzinə humanist yanaşıb onlara sevgi ilə qarşılıq versin.

Rəsmi qurumlar bu problem üçün uzun müddətdir ki, həll yolu tapmır. Nəticədə bütün yük cəmiyyətə düşür. Cəmiyyət və rəsmi qurumlar mütəşəkkil fəaliyyət göstərərək həyatı nisbətən az risklə davam etdirmək, şəhər küçələrini həm insanlar, həm də heyvanlar üçün daha təhlükəsiz məkana çevirmək yolunda addımlar atmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 İyul 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri