Icma.az
close
up
RU
6 ayda ölkəyə neft və qazdan 5 milyard 743 milyon gəlir gəlib

6 ayda ölkəyə neft və qazdan 5 milyard 743 milyon gəlir gəlib

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ARDNF-nin 2025-ci ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb.

Bu barədə Dövlət Neft Fondundan bildirilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il iyun ayının 30-na ARDNF-nin aktivləri 2025-ci ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 10,8% artaraq 66 515,6 milyon dollar təşkil edib.

2025-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 8 833,0 milyon manat, büdcə xərcləri isə 7 278,6 milyon manat olub.

Büdcə gəlirləri:

Neft-qaz gəliri. 2025-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 743,2 milyon manat olub, o cümlədən:

mənfəət neftinin və qazın satışından 4 974,3 milyon manat,bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat,akrhesabı ödənişlər 3,6 milyon manat.

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 427,3 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 423,3 milyon manat məbləğində vəsait daxil olub.

İnvestisiya gəliri. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 3 089,8 mln manat təşkil edib.

Büdcədənkənar gəlir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 9 468,7 milyon manat təşkil edib.

Büdcə xərcləri:

Büdcəyə transfert.Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 7 240,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Layihə xərcləri.2025-ci ilin yanvar-iyun aylarında aşağıdakı icrası davam edən layihələrə 24.3 milyon manat yönəldilib, o cümlədən:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 4,2 milyon manat,

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 20,1 milyon manat.

İdarəetmə xərcləri. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13,8 milyon manat təşkil edib.

Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 3 718,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri

2025-ci ilin ilk altı ayı ərzində ARDNF-nin aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşıb.

ARDNF-nin borc öhdəliklərinə yatırımları ikinci rüb ərzində müsbət gəlirlilik nümayiş etdirib. Rüb ərzində dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müşahidə olunan volatillik rübün sonuna doğru nisbətən azalıb. Eyni zamanda ABŞ və Avrozona iqtisadiyyatlarında inflyasiyanın müəyyən qədər səngiməsi müşahidə olunub. Borc öhdəlikləri altportfelinin gəlirliliyinə isə əsas töhfə faiz gəlirlərindən əldə olunub.

İkinci rüb ərzində qlobal səhm bazarlarında əsasən müsbət dinamika müşahidə edilib. Rübün əvvəllərində ticarət siyasəti ilə bağlı yaranmış volatilliyə baxmayaraq, xüsusilə ABŞ səhm bazarlarında qiymətlərin yüksəlişi qeydə alınıb. Belə ki, siyasi müstəvidə davam edən qeyri-müəyyənliklərə rəğmən, investorların bazar gözləntilərində müşahidə olunan yaxşılaşma əsas səhm indekslərinin müsbət gəlirlilik nümayiş etdirməsi ilə nəticələnib. Sözügedən tendensiyalar hesabat dövründə ARDNF-nin səhm altportfelinin gəlirliliyinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.

Geosiyasi qeyri-müəyyənliklərin davam etməsi və mərkəzi bankların qızıla olan yüksək həcmdə davamlı tələbi fonunda, qızıl qiymətləri əhəmiyyətli artım göstərərək tarixi maksimum səviyyələrə çatıb. Bu əsasda hesabat dövrü ərzində ARDNF-nin qızıl altportfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşıb.(azpost.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyul 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri