Icma.az
close
up
RU
6 ayda pəhrizsiz 27 kilo arıqladı Sirrini açıqladı: “Yeməkdən sonra…”

6 ayda pəhrizsiz 27 kilo arıqladı Sirrini açıqladı: “Yeməkdən sonra…”

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Arıqlamaq çoxları üçün səbr, nizam-intizam və qərarlılıq tələb edən çətin bir prosesdir. Sağlam qidalanma, düzgün məşq proqramı və gündəlik həyat tərzində edilən kiçik, lakin təsirli dəyişikliklər məqsədə çatmağı asanlaşdıra bilər. Eynilə, 6 ay ərzində 27 kilo itirməyi bacaran Simar kimi. Sosial mediada paylaşdığı videolarla diqqət çəkən gənc qadın, həm arıqlama prosesini, həm də qarın bölgəsini möhkəmləndirməyə kömək edən üsullarını izləyiciləri ilə bölüşüb.

Milli.Az Simarın əsas vərdişlərijni təqdim edir:

Təbii qidalar seçin
Simar mümkün qədər emal olunmuş məhsullardan uzaq durmağın vacib olduğunu vurğulayır. "Whole foods" adlandırılan təbii və tam qidalar şişkinliyi azaldır və uzun müddət tox qalmağı təmin edir. Bu, artıq yeməyi önləməyə kömək edir.

Keyfiyyətli yuxu vacibdir
Kilo nəzarətində yuxu qidalanma qədər önəmlidir. Simar hər gecə 7-8 saat keyfiyyətli yuxu almağa diqqət etdiyini bildirir. Yuxu çatışmazlığı iştahı artırır, xüsusilə şirin və yüksək kalorili qidalara meyli yüksəldir.

Hər yeməkdən sonra 10 dəqiqə gəzin
Simarın ən çox diqqət çəkən məsləhətlərindən biri qısa gəzintilərdir. Hər əsas yeməkdən sonra 10 dəqiqəlik yüngül gəzinti həzmə kömək edir və metabolizmi sürətləndirir. Bu kiçik vərdiş ümumi gündəlik hərəkət miqdarını artıraraq arıqlamağa ciddi dəstək olur.

Həftəsonu kiçik güzəştlərə yer verin
Simar sərt pəhrizlərin davamlı olmadığını deyir. O, özünü tam məhrum etmir, lakin həftəsonu etdiyi kiçik güzəştləri gündəlik kalori və makro balansına uyğun tənzimləyir. Əsas məqam isə "ardıcıllıq"dır - yəni prosesi dayandırmadan davam etdirmək.

Qida seçimləri və əlavə strategiyalar:

Simar əvvəlki videolarında arıqlayarkən seçdiyi qida qruplarını da açıqlayıb. Ən çox istifadə etdiyi protein mənbələri toyuq, yumurta və tofu olub. Karbohidrat olaraq maya olmayan çörək və bişmiş düyü seçib. Avokado və meyvə kimi sağlam yağlardan da faydalanıb. Atışdırmalıq üçün isə popkorn və qatığı seçib, çölə çıxanda isə tox qalmaq üçün aşağı kalorili içkilər içib.

Əlavə olaraq Simar arıqlamasına kömək edən digər dörd üsulu da paylaşıb:

Yüksək protein - aşağı karbohidrat qidalanma

Süni şəkəri tamamilə buraxmaq

Həftədə 3-4 dəfə qarın məşqləri (core) etmək

Gündə 8.000 addımdan çox gəzmək

Simar izləyicilərinə "aşırı pəhrizlər yerinə davamlı və sağlam qidalanma vərdişləri" yaratmalarını tövsiyə edərək sözlərini tamamlayıb.

Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Dekabr 2025 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri