6 yaşlı Şirinin qatilinin cəzası bəlli oldu
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İstanbulda 6 yaşlı Şirin Elmas Hanilçini cinsi zorakılığa məruz qoyaraq öldürən şəxsin cəzası bəlli olub.
Milli.Az Haberler-ə istinadla xəbər verir ki, kağız kolleksiyaçısı Mustafa Örün məhkəmə tərəfindən ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs cinayətini etiraf edib, lakin psixi sağlamlıq hesabatı tələbi rədd edilib.
Məhkəmə "qəsdən adam öldürmə" və "seksual xarakterli zorakılıq" ittihamları üzrə cəzanı heç bir azalma olmadan təyin edib.
Xatırladaq ki, hadisə 2024-cü ilin oktyabrında Şişlidə baş vermişdi. Şişli Feriköydə itkin düşən 6 yaşlı Şirin Elmas Hanilçinin cansız cəsədi Feriköy qəbiristanlığında tapılıb.Qızlarını axtaran ailəsi də televiziya proqramında iştirak edərək kömək istəmişdi.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 09 Yanvar 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















