6 yaşlı uşağı döyən müəllim saxlanıldı
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın Sisian şəhərində 55 yaşlı qadın müəllim dərs zamanı 6 yaşlı uşağın üzünə bir neçə dəfə şillə vurmaqda şübhəli bilinir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 8-də Sisian şəhərinin icma polisi bölməsinə hadisə ilə bağlı məlumat daxil olub. Qeyd edilib ki, repetitorluq edən 55 yaşlı müəllim 6 yaşlı oğlanla məşğələ zamanı onu döyüb.
Hadisənin uşağın azyaşlı qardaşı tərəfindən mobil telefonla lentə alındığı bildirilir.
Uşağın anası izahat vermək üçün polis bölməsinə dəvət edilsə də, baş verənlərlə bağlı şikayət ərizəsi yazmaqdan imtina edib.
Buna baxmayaraq, 55 yaşlı müəllim saxlanılıb və polis bölməsinə aparılıb.
Tərtib olunmuş sənədlər ilkin istintaq orqanına göndərilib, faktla bağlı cinayət işi başlanıb.
Hadisənin bütün təfərrüatları araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 09 Oktyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















