“Sabah”la oyun öncəsi Jül Kunde Bakıda Fliki narazı saldı
Icma.az, Idman.biz saytına istinadən bildirir.
İspaniyanın “Barselona” klubunun müdafiəçisi Jül Kunde Bakıda “Sabah”la oyun öncəsi intizam qaydalarını pozub.
İdman.Biz xəbər verir ki, fransalı futbolçu Bakı Olimpiya Stadionunda keçirilən məşqdən əvvəl komandanın toplantısına bir qədər gec qoşulub.
Müdafiəçinin gecikməsi baş məşqçi Hans-Diter Flikin diqqətindən yayınmayıb. Almaniyalı mütəxəssisin üz ifadəsindən narazılığı hiss olunub.
Qeyd edək ki, Kunde ötən mövsüm də intizam qaydalarını pozduğuna görə start heyətindəki yerini itirib.
“Sabah” və “Barselona” arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək qarşılaşma noyabrın 25-də saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:Murad Xaçayev “Sabah”la oyun öncəsi iddialı danışdı
24 Sentyabr 2026 12:37
Levski ilə oyun öncəsi Sabah la bağlı xoş xəbər
12 Avqust 2025 19:31
“Borussiya” “Sabah”la oyun öncəsi azarkeşlərinə xüsusi qaydalar açıqladı
19 Oktyabr 2026 00:28
De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
24 Noyabr 2026 19:56
Sabah la matç öncəsi o da zədələndi
10 Sentyabr 2026 12:32
Baxış sayı:60
Bu xəbər 25 Noyabr 2026 01:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















