60 gündə 100 gəminin istiqamətini dəyişiblər
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəniz blokadasının bərpasından sonra son 60 gün ərzində 100 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, CENTCOM-un “X” sosial şəbəkəsində yayılan məlumatda bildirilib ki, ABŞ qüvvələri blokadanın tətbiqinə və onun icrasına nəzarətə diqqət yetirir.
Qeyd olunub ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma əldə edilib.
Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı hərbi əməliyyatları yenidən başladıb.
Hörmüz boğazı qlobal enerji ticarətində strateji əhəmiyyət daşıyır. Dünya üzrə neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün isə təxminən 20 faizi bu marşrut vasitəsilə həyata keçirilir.
Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi qüvvələrdən istifadənin faktiki olaraq dayandırıldığını və Tehranı sanksiyalar vasitəsilə iqtisadi təzyiq altında saxlamaq siyasətinə keçildiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 12 Sentyabr 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















