Icma.az
close
up
RU
600 balla tələbə olmayanlar kimlərdir? AÇIQLAMA

600 balla tələbə olmayanlar kimlərdir? AÇIQLAMA

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yüksək bal toplayan bəzi abituriyentlərin istədiyi ixtisasa qəbul ola bilməməsi seçim strategiyası ilə bağlı suallar yaradır.
600-dən çox bal toplayan abituriyent hansı səbəblərdən istədiyi ixtisasa düşməyə bilər?
Avtosfer.az-ın məlumatına görə, təhsil eksperti Məzahir Məmmədli Sfera.az-a açıqlamasında deyib ki, ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlər həmişə arzuladıqları və istədikləri ixtisası seçə bilmirlər.
Onun fikrincə, bunun səbəbi müəyyən keçid ballarının əvvəlcədən müəyyən olunması və həmin bala uyğun ixtisas seçimi imkanının yaradılmasıdır. Ekspertin fikrincə, bu problemdən xilas olmaq üçün “15 ixtisas” modeli aradan qaldırılmalıdır.
O bildirib ki, hər kəs topladığı bal nəzərə alınmaqla sevdiyi və seçdiyi ixtisasa getmək imkanına sahib olmalıdır. M.Məmmədli bu il xüsusi narahatlıq doğuran məsələlərdən birinin Respublika Fənn Olimpiadası qaliblərinin ali təhsil müəssisələrinə imtahansız qəbulu ilə bağlı olduğunu da vurğulayıb: “680-690 bal toplayıb, yəni bu artıq maksimuma yaxın bir göstəricidir, lakin onlar istədikləri ixtisasa düşə bilmədilər. Çünki bu, Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlcədən planlaşdırılmış plan yerlərinin dolmasına səbəb oldu. Həmin yüksək bal toplayan abituriyentlər bu prosesdən kənarda qaldılar”.
Ekspert söyləyib ki, bu məsələyə diqqət yetirilməli və ən azı Respublika Fənn Olimpiadası qaliblərinin imtahansız qəbul olunması üçün ayrıca plan yeri ayrılmalıdır. Həmin şəxslərin qəbulu yüksək bal toplayan digər abituriyentlər üçün nəzərdə tutulan plan yerlərinə hesablanmamalıdır:
“Ümumilikdə abituriyentlər arasında Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərə qarşı birmənalı münasibət formalaşmayıb. Onlar özəl universitetlərdən məzun olduqdan sonra iş tapmaq imkanlarının məhdud olacağını düşünürlər. Bu da özəl universitetlərin PR işinin zəifliyi ilə əlaqəlidir. Özəl universitetlər də Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş standartlara uyğunlaşdırılmış və qəbul olunmuş, akkreditasiyadan keçmiş ali təhsil müəssisələridir”.
M.Məmmədli bu il ali təhsildən kənarda qalan abituriyentlərin sayının da faciəli hal olmadığını düşünür.
O hesab edir ki, təxminən 28 mindən çox abituriyentin kənarda qalması normal haldır:
“Çünki 61 min yerə qarşı 87 mindən artıq, abituriyent mübarizə aparırdı. Əlbəttə ki, nəticələr bu cür olmalı idi”.
Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 87146 nəfər iştirak edib. Onlardan 58947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı əsasında, 30522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Avqust 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see293

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see275

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see268

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see252

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see250

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see219

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see211

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see205

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see204

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see196

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see186

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see186

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see185

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see183

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see180

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see178

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see175

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see167

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see163

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri