“Honda”dan yeni 7 yerlik krossover İlk dəfə təqdim olundu
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaponiyanın “Honda” şirkəti yeni nəsil hibrid texnologiyası ilə təchiz edilmiş “Avancier” krossoverinin dünya premyerasını keçirib.
Lent.az xəbər verir ki, bu barədə “Honda” şirkətinin rəsmi məlumatında bildirilib.
Üç sıra oturacağa malik yeni avtomobil ailəvi səyahətlər üçün hazırlanıb. Model yeni platforma, təkmilləşdirilmiş hibrid güc sistemi və markanın yenilənmiş “H” loqosu ilə təqdim olunub.
“Avancier”də ön və arxa təkərləri ayrı elektrik mühərrikləri vasitəsilə idarə edən “DualPower eAWD” tam ötürücü sistemi tətbiq edilib. Salonda böyük multimedia ekranı, panoram dam, 12 dinamikli “Bose” səs sistemi və uzaqdan avtomobilin ətrafını izləmək imkanları nəzərdə tutulub.
Yeni krossoverin ilk növbədə Yaponiya, Çin və Tailand daxil olmaqla Asiya bazarlarında satışa çıxarılması planlaşdırılır. Şirkət modelin qiymətini hələ açıqlamayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 24 Noyabr 2026 05:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















