Icma.az
close
up
RU
600 dən çox balla müəllimliyi seçdilər (FOTO)

600 dən çox balla müəllimliyi seçdilər (FOTO)

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Son dövrlərdə təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlar və müəllimlik peşəsinin artan nüfuzu abituriyentlərin seçimlərinə də təsir göstərir. Belə ki, qəbul imtahanlarında yüksək bal əldə edən gənclər arasında müəllimlik ixtisasına maraq durmadan artır.

Maraqlıdır, yüksək bal toplayan neçə nəfər müəllimlik ixtisası üzrə təhsil alır?

Mövzu ilə bağlı AzEdu.az Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) sorğu ünvanlayıb.

Sorğumuza universitetdən cavab olaraq bildirilib ki, müəllim hazırlığı üzrə ixtisaslaşmış əsas ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dərs prosesinin məzmununun zənginləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, tələbələrin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarla yetişdirilməsi istiqamətində görülən məqsədli işlər nəticəsində gələcək pedaqoqlar seçim zamanı ənənəvi müəllimlik məktəbi sayılan bu universitetə üz tuturlar:

"Artıq bir neçə ildir ki, qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin ixtisas seçərkən ADPU-ya üstünlük verməsi adi hala çevrilib.2025/2026-cı tədris ili üçün bakalavriat pilləsinə qəbul göstəricilərinə əsasən, 600-dən yuxarı bal toplamış 5 nəfər abituriyent ADPU-da təhsil almağı seçib. Onlardan 4 nəfəri universitetin fakültələrində, 1 nəfəri isə Şəki filialında ali təhsil alır".

Həmin tələbələri təqdim edirik:

Abdullayeva Aytac Sahib qızı - Şəki şəhər 18 saylı tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında 623.4 bal toplayan Aytac elə Şəki filialında, Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasında təhsil alır.


Mehtizadə Nuray Cavid qızı - Bakı şəhəri S. Abbasov adına 117 nömrəli tam orta məktəbin məzunudur. Orta məktəbi fərqlənmə attestatı ilə başa vurub. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 619 bal toplayaraq ADPU-nun Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasına qəbul olunub.


Əhmədli Aysun Elman qızı - Bakı şəhəri F. Bayramov adına 22 nömrəli tam orta məktəbin məzunudur. Orta təhsilini fərqlənmə attestatı ilə başa vurub və qəbul imtahanlarında 607.7 bal toplayaraq ADPU-nun Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasını seçib.


Şahbazov Mehti Ramil oğlu - Masallı rayonu M.Qarayev adına Sığınacaq kənd tam orta məktəbinin məzunudur. Qəbul imtahanlarında 604.4 bal toplayan Mehtinin seçimi ADPU-nun Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası olub.


Əsədzadə Aytən Fariz qızı - İmişli rayonu A. Eminov adına 7 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Qəbul imtahanlarında 601.5 bal toplayan Aytən təhsilini ADPU-nun Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi ixtisasında davam etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri