Icma.az
close
up
RU
600 manata ev kirayə verənlər dövlətə 60 manat ödəyəcək

600 manata ev kirayə verənlər dövlətə 60 manat ödəyəcək

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fiziki şəxslərin bir-birinə ev kirayə verməsindən əldə olunan gəlirlərdən yeni tariflə vergiyə cəlb ediləcək. Bu qayda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Azad Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc məsələnin həm kirayə bazarına, həm də vətəndaşların gəlirlərinə təsirini "Yeni Sabah"a açıqlayıb.

Ekspert bildirib ki, bu dəyişiklik mütərəqqi addım kimi qiymətləndirilə bilər:

“İndi də qüvvədə olan qanuna görə, növündən, tərəflərin hüquqi və ya fiziki şəxs olmasından asılı olmayaraq, ödəmə mənbəyindən vergi 14 faiz tutulurdu, indi isə yeni dəyişikliyə əsasən, fiziki şəxslər arasında kirayə münasibətlərində 10 faizlik vergi tutulacaq. Bu, mütərəqqi haldır.

Bununla bağlı bir neçə dəfə təkliflər etmiş və bildirmişdik ki, məhz kirayə münasibətlərinin leqallaşdırılması və büdcənin şəffaflaşdırılması məqsədilə 14 faizin 7 faizə endirilməsi daha məqsədəuyğundur. Belə olan halda tərəflər bu məbləği ödəməkdə o qədər də çətinlik çəkməyəcək və zaman keçdikcə müqavilələrin notarial qaydada imzalanması, dövlət vergisinin ödənilməsi stabilləşəcək və məbləğin böyük olmaması buna müsbət təsir göstərəcək.

Görünür, yeni qərar həm də onu nəzərdə tutur ki, böyük məbləğ olmasın, vətəndaşlar onu asanlıqla ödəyə bilsin”.

Vüqar Oruc hesab edir ki, yeni qərar qüvvəyə mindikdən sonra da proses dərhal tam şəkildə leqallaşmayacaq:

“Onun tətbiqindən sonra bir müddət gözləməliyik. Ümid etməyək ki, ilk aylardan bütün kirayə münasibətləri leqallaşacaq, vergidən yayınma halları tam aradan qalxacaq. Bu qərarın tam icra olunması üçün müəyyən dövr lazımdır. Ona görə də düşünmürəm ki, mövcud prosesin hər ay artan daşınmaz əmlak bazarına ciddi təsiri olacaq.

Amma qiymətlərin bahalaşması üçün əlavə stimulun yarandığını söyləmək olar. İndiyə qədər kirayə münasibətlərinin gizlədilməsi, tərəflərin öz aralarında heç bir hüquqi qüvvəsi olmayan müqavilələrlə əsaslandırması ondan irəli gəlirdi ki, dövlətə vergi ödənilməsin”.

AQC sədri qeyd edib ki, artıq vergini kirayə götürən tərəf ödədiyi məbləğlə birgə verəcək:

“Əvvəlki qaydalara görə, vergini kirayə verən tərəf ödəməli idi, indi isə kirayə götürən tərəf ödədiyi məbləğin bir hissəsini, eyni zamanda, vergiyə ödəyəcək. Məsələn, 600 manata verilən kirayə mənzilə görə, 60 manat ödəniləcək, bu da kirayə biznesinin rəsmiləşməsinə gətirib çıxacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Oktyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri