Icma.az
close
up
RU
Nərimanovda kirayə ev böhranı 600 manata mənzil tapılmır

Nərimanovda kirayə ev böhranı 600 manata mənzil tapılmır

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Bakının ən bahalı ərazilərindən biri olan Nərimanovda kirayə mənzil axtaranların işi getdikcə çətinləşir. Hazırda bu ərazidə 500 manata ev tapmaq demək olar ki, mümkün deyil. Hətta 600 manatlıq mənzillərin də vəziyyəti və şəraiti heç də bu qiymətə uyğun deyil.

“Yeni Sabah” xəbər verir ki, son bir ay ərzində yayımlanan kirayə elanlarına nəzər saldıqda Nərimanovda 1 otaqlı mənzillərin əsasən 600 manatdan başladığı görünür. Daha aşağı qiymətə elanlara təsadüf edilsə də, onların sayı olduqca azdır və əksəriyyətində ya mənzilin  sahəsi çox kiçikdir, ya da təmir və yaşayış şəraiti qənaətbəxş deyil.

Yəni Nərimanovda bir nəfərin və ya gənc ailənin büdcəyə uyğun hesab etdiyi 500 manat artıq real kirayə büdcəsi sayılmır. 600 manat isə yaxşı şəraitli ev üçün deyil, sadəcə mənzil tapmaq üçün başlanğıc məbləğə çevrilib. pizza hut

2 otaqlı mənzillərdə qiymətlər daha da yüksəlir. Ən aşağı elanlar təxminən 600-650 manat civarında görünsə də, normal təmirli mənzillərin böyük hissəsi 700-800 manat və daha yuxarı qiymətə təklif olunur. Yeni tikililərdə və metroya yaxın ərazilərdə qiymət 850-1100 manata qədər qalxır.

3 otaqlı mənzillərdə isə vəziyyət daha ağırdır. Bu mənzillər əsasən 900-1000 manat və daha yuxarı qiymətə təklif edilir. Yeni tikililərdə və daha yaxşı təmirli mənzillərdə bu rəqəm 1200 manata qədər yüksəlir. Burada diqqət çəkən əsas məqam isə qiymətlə mənzilin vəziyyəti arasındakı fərqdir. Kirayəçi 600-700 manat ödəməklə mütləq şəkildə yeni, təmirli və rahat mənzil əldə etmir. Əksinə, bu qiymətə köhnə tikilidə, təmiri köhnəlmiş, sahəsi kiçik və əlavə xərc tələb edən mənzillərlə qarşılaşmaq mümkündür.

Nərimanovun qiymətlərinin yüksək olmasının əsas səbəbləri arasında metroya yaxınlıq, şəhərin mərkəzinə rahat çıxış, nəqliyyat imkanları, iş və xidmət sahələrinin çoxluğu, məktəb və digər infrastrukturların əlçatanlığı göstərilir. Bu üstünlüklər ərazidə kirayə tələbatını artırdıqca qiymətlər də aşağı düşmür. Nəticədə Nərimanovda kirayə ev axtaran şəxsin qarşısında belə bir mənzərə yaranır.  500-550 manatla seçim demək olar ki, yoxdur, 600 manatla isə əsasən kompromisə getmək lazım gəlir. Daha normal şərait üçün isə kirayəçinin aylıq büdcəsini ən azı 800-900 manata çatdırması tələb olunur.

Vaxtilə Bakının mərkəzə yaxın ərazilərində nisbətən münasib qiymətə mənzil tapmaq mümkün olduğu halda, Nərimanovda kirayə bazarı artıq orta gəlirli insanlar üçün də ciddi maliyyə yükünə çevrilib.

Bundan əlavə, Nərimanovda yüksək büdcəli kirayə mənzillərin sayı da az deyil. Ərazidə 100 kvadratmetrdən böyük, tam təmirli, geniş və lüks şəraitə malik mənzillər də təklif olunur. Belə mənzillərin aylıq kirayə haqqı əsasən 1700-2000 manat civarında dəyişir. Daha dəbdəbəli, geniş sahəli və premium təmirli mənzillərdə isə qiymət 3000 manata qədər yüksəlir.

Nərimanovda kirayə bazarında qiymət fərqi olduqca böyükdür: bir tərəfdə 600 manata belə normal şəraitli 1 otaqlı mənzil tapmaq çətinləşib, digər tərəfdə isə aylıq 2-3 min manatlıq lüks mənzillər təklif olunur. Bu isə ərazidə kirayə bazarının gəlir səviyyəsinə görə kəskin şəkildə parçalandığını göstərir.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Oktyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri