600 min manata avtomobil nömrəsi: Mənzil qiymətini keçdi
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın avtomobil elanları portallarında xüsusi kombinasiyalı dövlət qeydiyyat nişanlarının fantastik qiymətlərə satışa çıxarılması diqqət çəkir.
Gununsesi.info “Yeni Sabah”a istinadən xəbər verir ki, satışa qoyulan bəzi avtomobil nömrələrinin qiyməti paytaxtdakı mənzil qiymətlərini geridə qoyur:
10 MC 010 (600 000 AZN) – Siyahının mütləq lideri və qiymət rekordçusu! Yarım milyon manatdan da baha – tam 600 min AZN-ə satışa çıxarılan bu nömrə paytaxtın mərkəzində lüks mənzillərin qiymətini belə geridə qoyur.
10 AS 555 (200 000 AZN) – İkinci sırada “10” seriyası və xüsusi “üçlük” kombinasiyası ilə seçilən nömrə qərarlaşıb. Bu prestijli qeydiyyat nişanı 200 min manata təklif olunur.
10 TT 222 (160 000 AZN) – Üçüncü pillədə yer alan qoşa hərfli və eyni rəqəmlər silsiləsindən ibarət dövlət qeydiyyat nişanı isə 160 min manat qiymətlə alıcı axtarışındadır.
Qeyd edək ki, qiymət paradında həmçinin “10 CD 333” (115 000 AZN), “10 AA 969” (110 000 AZN) və “10 ZY 100” (110 000 AZN) kimi digər diqqətçəkən nömrələr də yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 29 Sentyabr 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















