600 nəfərlik qrup tərəfindən 45 əsgər saxlanıldı
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kolumbiyanın cənub-qərbindəki əməliyyatdan qayıdan 45 əsgər təxminən 600 nəfərlik qrup tərəfindən saxlanılıb.
Turkustan.az xəbər verir ki, milli mətbuatda yer alan xəbərlərə görə, Qafqaz inzibati bölgəsindəki El Tambo yaxınlığındakı Los Tiqres bölgəsində əməliyyatdan qayıdan əsgərlər təxminən 600 nəfərlik qrup tərəfindən dayandırılaraq saxlanılıb.
Ordu 45 əsgərin mülki izdiham tərəfindən saxlanıldığını təsdiqləyib və insidentlə bağlı araşdırma elan edib. Yerli media Karlos Patino kimi tanınan silahlı qrupun təsiri altında olan mülki vətəndaşları günahlandırıb.
Uzun müddətdir ki, bölgədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar aparan təhlükəsizlik qüvvələri əvvəllər də oxşar hadisələrlə üzləşib.
Əsgərlərin azad edilməsi üçün Ombudsman təsisatının və qeyri-hökumət təşkilatlarının müdaxiləsi gözlənilir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 08 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















