Icma.az
close
up
RU
63 yaşlılara iş, yoxsa pensiya? Deputatın təklifi müzakirə yaratdı

63 yaşlılara iş, yoxsa pensiya? Deputatın təklifi müzakirə yaratdı

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycanda pensiya yaşına yaxınlaşan işçilərin əmək hüquqları ilə bağlı müzakirələr var. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov bildirib ki, pensiya yaşına 2 il qalmış şəxslərin işdən çıxarılmasına yol verilməməli və onların əmək hüquqları qorunmalıdır. Deputat, həmçinin qeyd edib ki, bəzi vətəndaşlar pensiya yaşına yaxın işdən azad olunur və sonrakı dövrdə yenidən iş tapmaqda çətinliklərlə üzləşirlər. 

Digər tərəfdən, bəzi mütəxəssislər iş qabiliyyəti yetərli olmayan, 63 yaşını tamamlamış şəxslərin işdən çıxarılmasının düzgün olduğunu bildirir. Son dövrlərdə aparılan ixtisarlar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də əsasən pensiya yaşına yaxın işçiləri əhatə edib. Daha sonra həmin şəxslərin iş tapması da böyük problemdir. Çünki qanunla qadağan olunsa da, yaş çox hallarda işlə təminatda mühüm rol oynayır. 

Pensiya yaşına yaxınlaşan işçilərin işdən çıxarılması zamanı onların sosial müdafiəsi necə təmin olunmalıdır?Bu halda ən yaxşı yol nədir: 

pensiya yaşının azaldılması, yoxsa ən azından maaşlarının yarısının ödənilməsi ? 

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, qanunvericiliyə əsasən ya işçi öz ərizəsi ilə işdən çıxır, ya da yol verdiyi pozuntuya görə işdən azad olunur: 

“Təəssüf ki, bəzən belə populist çıxışlar olur. Necə yəni işdən çıxarılmasın? Əmək Məcəlləsində işdən çıxarılmanın konkret əsasları var, ya işçi özü ərizəsi ilə işdən çıxır, ya da yol verdiyi pozuntuya görə işdən azad olunur. 

Bu təkliflə pozuntuya yol verən şəxslərin işdən çıxarılmaması nəzərdə tutulursa, bu düzgün deyil. Məsələ ondadır ki, müddətli əmək müqavilələri Azərbaycanda geniş yayılıb. İşəgötürənlərin çoxu işçilərlə müddətli müqavilə bağlayır, amma həmin müqavilə 5 il tamam olduqdan sonra müddətsiz müqaviləyə çevrilir. Yəni artıq konkret müddət olmur. Deputatları bu narahat edirsə, Əmək Məcəlləsinə dəyişiklik etməli və müddətli əmək müqavilələrini müəyyən şərtlərlə məhdudlaşdırmalıdırlar. 

Məsələn, əgər iş yerində vəzifə daimi xarakter daşıyırsa, niyə müddətli müqavilə bağlanmalıdır? Yalnız işin özü müddətlidirsə, müddətli müqavilə məqsədəuyğundur”. 

Onun sözlərinə görə, yaşından asılı olmayaraq, hazırda ölkədə minlərlə işsiz var: “Bu məsələnin yalnız 63 yaşlı insanlarla məhdudlaşdırılması da başadüşülən deyil. Pozuntuya yol verən işçi, yaşı nə olursa olsun, niyə işdən çıxarılmasın? İşçi istədiyini edə bilər, amma yaşına görə işdə qorunması düzgün deyil. 

Əgər pensiya yaşına 1-2 il qalmış şəxs işdən çıxarılırsa, onun dolanışığı ilə bağlı problem müzakirə edilirsə, bu, bütün əhaliyə aiddir. Bu gün ölkədə həm gənc , həm də yaşlı nəsil iş tapmaqda çətinlik çəkir. Azərbaycanda çox sayda işsiz var və işsizlik iqtisadi vəziyyətin pisləşməsi ilə bağlıdır. Buna görə müəyyən yaş qrupunda istisna qoymaq anlaşılmazdır”. 

Hüquqşünas qeyd edib ki, pensiya yaşını tezləşdirmək üçün dövlətin imkanları olmalıdır: 

“Biz həm də başa düşməliyik ki, pensiya məsələsi əsasən pula bağlıdır. İşləyənlər Dövlət Sosial Müdafiə Fonduna məcburi sığorta haqqı ödəyir və bu vəsait pensiyaçılara ödəniş üçün istifadə olunur. Yəni pensiya yaşına çatanda bizə ödənilən pensiya işləyənlərin pulundan formalaşır. 

Əhali sayının azalacağı proqnozlaşdırılır və vəsait məhduddur. Maliyyə imkanları məhdud olduqda pensiya ödənişlərinin təminatı da çətinləşir. Maliyyə vəziyyəti yaxşı olarsa, əlbəttə, daha tez pensiya verilməsi mümkün olar”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: 63 yaş pensiya Deputat Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri